7 C
Baku
Thursday, December 12, 2024

Hakerlər Azərbaycanın qaz kəmərinə hücum edib

240@0

Ales Şpidla super dövlətlərin kiberhücumlar həyata keçirərək başqa ölkələrdən məxfi məlumatları ələ keçirdiyini deyib. O, gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırdığını bildirib.

Ales Şpidla hakerlərin Azərbaycan qazını nəql edən kəmərdə axının istiqamətini dəyişərək qazı Rusiyaya yönəltdiyini deyib. Mütəxəssisin bildirdiyinə görə, qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Şpidla bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.

Ales Şpidla - Kiber təhlükəsizlik üzrə mütəxəssis
Ales Şpidla – Kiber təhlükəsizlik üzrə mütəxəssis

Şpidlanın bildirdiyinə görə, Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. O, Rusiyanın da irimiqyaslı haker hücumları həyata keçirdiyini, Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərdiyini, 12 min mütəxəssisin bu mərkəz üçün işlədiyini deyib.

Mütəxəssisin bildirdiyinə görə, Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Şpidla bildirib ki, kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. “Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusə də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi sistemləri, informasiya sistemləridir”, – o deyib.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

ANSPress

Son xəbərlər
Digər xəbərlər