10 C
Baku
Thursday, December 12, 2024

Hakerlər “Google” korporasiyasının baş direktorunun akkauntunu ələ keçirib

“OurMine” haker qrupunun üzvləri “Google” korporasiyasının baş direktoru Sundar Piçayın populyar sual-cavab xidməti olan “Quora”dakı akkauntunu ələ keçirib.

“TheNextWeb” nəşri xəbər verir ki, hakerlər “Quora” üzərindən S. Piçayın “Twitter” sosial şəbəkəsindəki hesabında bir neçə sual dərc edə bilib. Hazırda bütün paylaşımlar silinib.

“OurMine” üzvləri isə bildiriblər ki, onlar yalnız akkauntların təhlükəsizliyini sınaqdan keçirir və mövcud şifrləri heç vaxt dəyişmir.

APA

 

Son xəbərlər
Digər xəbərlər