-3 C
Baku
Sunday, December 15, 2024

Hakerlər iPhone-un bütün qoruma sistemlərini sındırdı

Kibertəhlükəsizlik üzrə mütəxəssislər iPhone X smartfonunun qorunma sistemlərini sındırdılar

iPhone-un təklükəsizlik sistemində daimi yenilənmələrə baxmayaraq, İsrailin Cellebrite şirkətinin “ağ haker”ləri sayəsində, polislərin artıq bütün telefonlara giriş imkanları var.

Cellebrite şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri məlumat verib ki, onlar Apple şirkətinin iPhone X smartfonunun bütün qoruma sistemlərini sındıra biliblər.

Amerikanın dövlət şirkətlərinin podratçısı bəyan edir ki, demək olar ki, istənilən iPhone smartfonunu “block”dan çıxartmaq üsulunu tapmışdır. Göründüyü kimi, bu, hüquq mühafizə orqanları üçün mühüm nailiyyət, Apple istifadəçiləri üçün isə məxfilik baxımından böyük problem ola bilər.

Cellebrite-in verdiyi məlumata görə, şirkətin mühəndisləri iOS 11 proqram təminatının bazasında, həmçinin iPhone X smartfonunda işləyən bloklaşdırma sistemini sındırmaq üsulunu tapıblar.

Hələ 2017-ci ilin noyabr ayında ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin lazımi məlumatları alması üçün qadjetin məhz bu modeli kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən müvəffəqiyyətlə sındırılmışdı.

Son xəbərlər
Digər xəbərlər