2 C
Baku
Saturday, December 14, 2024

Hakerlər mərkəzi banklara hücum kampaniyasına başlayır

“Anonymous” haker qrupunun üzvləri yaxın 30 gün ərzində mərkəzi bankların veb-saytlarına hücum edəcəklərini açıqlayıblar. Banker.az  Reporta istinadən xəbəer verir ki, bu barədə haker qrupunun “YouTube”da yaydığı videomüraciətə istinadən xəbər verir.

Müraciətdə bildirilir ki, hakerlər artıq Yunanıstan Bankına hücum ediblər və bu addım dünyanın mərkəzi banklarının saytlarına ediləcək 30 günlük hücum kampaniyasının başlanğıcıdır. Qeyd edək ki, “Anonymous” mayın 3-də Yunanıstan Mərkəzi Bankının saytına hücum edib. Kiberhücum yalnız bir neçə dəqiqə davam edib. Bankın təhlükəsizlik sistemi hücumun öhdəsindən uğurla gəlib.

Yunanıstan Mərkəzi Bankı
Yunanıstan Mərkəzi Bankı

Xatırladaq ki, “Anonymous” qrupu 2003-cü ildə yaradılıb. Onların DDoS hücumlarının qurbanları siyahısında “PayPal”, “MasterCard”, “İnterpol”, Avropa parlamentinin saytları da yer alıb. Qrupun açıqlamasına görə, indiyədək onların köməkliyi ilə terrorçuların 5,5 min “Twitter” hesabı blok edilib.

Son xəbərlər
Digər xəbərlər