22 C
Baku
Thursday, May 2, 2024

Hakerlər “Poly Network”u ələ keçirərək, 42 mlrd. dollarlıq kriptovalyuta yaradıblar

Müxtəlif növ blokçeynlərin işini birləşdirməyə imkan verən kriptovalyuta platforması “Poly Network” haker hücumuna məruz qalıb. Mövcud məlumatlara görə, fırıldaqçılar onlarla müxtəlif blokçeynlərdə milyardlarla mövcud olmayan kriptovalyuta tokenləri yaradıblar.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Platformaya görə, hadisə Ethereum, BNB Chain, Polygon, Avalanche, Heco, OKX və Metis də daxil olmaqla 10 blokçeyn üzrə 57 kripto aktivə təsir edib. Mesajda hakerlərin nə qədər kriptovalyuta oğurlaya bildiyi göstərilmir.

Ekspertlərin fikrincə, hakerlər təxminən 100 milyon dollar dəyərində BNB və 10 milyard dollar dəyərində BUSD tokenləri yaradıblar. Bundan başqa, “Heco” şəbəkəsində təxminən 100 trilyon Shiba Inu tokeni braxıblar. “Polygon” və “Avalanche” şəbəkələrində də xeyli sayda altkoin buraxılıb. Qeyd olunur ki, hakerlərin pul kisəsinin hansısa məqamında təxminən 42 milyard dollara ekvivalent olan bir sıra kriptovalyuta tokenləri olub, lakin tələbat məhdud olduğundan onların yalnız bir hissəsini satıblar.

Qeyd edək ki, bu, “Poly Network” kriptovalyuta platformasında ilk belə hadisə deyil. 2021-ci ildə bir haker 600 milyon dollar dəyərində kriptovalyuta oğurladı. Lakin sonradan oğurlanmış vəsaitləri geri qaytarmağa razı oldu və hətta “Poly Network”dən mükafat aldı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər