16 C
Baku
Sunday, October 6, 2024

Hakerlər Rusiya iqtisadiyyatına 200 milyard ziyan vurub

2015-ci ildə kibercinayətkarlar Rusiya iqtisadiyyatına ümumilikdə 203,3 milyard rubl (3 milyard dollardan çox) ziyan vurublar. Bu, Ümumi Daxili Məhsulun 0,25%-ni təşkil edir.

Bu barədə “Microsoft” məlumat yayıb.

İnternet Təşəbbüslərinin İnkişafı Fondu, “Group-İB” və “Microsoft” birgə tədqiqat apararaq hakerlərin Rusiya iqtisadiyyatına vurduğu ziyanın həcmini hesablayıblar. Hesabata əsasən dəyən ziyanın təxminən yarısı biznesin payına düşür. Biznes 123,5 milyard rubl (ÜDM-in 0,15%-i) itirib. Rusiya şirkətlərinin 92%-i kiberhücumlara məruz qalıb. Onların yalnız yarısı zərəri qiymətləndirə bilib.

Araşdırma zamanı məlum olub ki, son 3 ildə haker hücumları intensivləşib və onların vurduğu zərər iki dəfə artıb. Şirkətlər qısamüddətli perspektivdə hücumların sayının 173%, ziyanın isə 192% artacağını düşünürlər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər