10 C
Baku
Friday, December 13, 2024

Hakerlər yarım milyon “Zoom” hesabını satıblar

Bir qrup haker “Zoom” videokonfrans xidmətinin yarım milyon hesablarını satışa çıxararaq satıb.

Bu barədə “Sunday Times” xəbər yayıb.

“Cyble” şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri hesabları bir pensdən (90 qəpik) alıb. Satıcı “Telegram”ın rusdilli istifadəçisi olub. Nəşrin bildirdiyinə görə, bəzi hesablar “Cyble” müştərilərinə məxsus idi, buna görə şirkət onların həqiqiliyini müəyyənləşdirə bilib.

Hakerlər satışa e-poçt ünvanları, giriş və parol, söhbət bağlantısı və videokonfransların idarəetmə pin kodları kimi məlumatlar yerləşdiriblər.

Koronavirus pandemiyası səbəbindən şirkətlərin və məktəblərin kütləvi şəkildə məsafəli formata keçməsi səbəbindən “Zoom” istifadəçilərinin sayı artıb. Belə ki, ötən ilin dekabr ayında gündəlik 10 milyona yaxın insan, mart ayında isə artıq 200 milyon insan xidmətdən istifadə edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər