10 C
Baku
Thursday, December 12, 2024

Hal-hazırkı “mən” üzərində deyil, gələcək “mən” üzərində işləyin

Mən texnologiya şirkətinin ruhdan düşmüş rəhbəri olan Sanceyin müəllimi olmuşam. O, karyerasını və şəxsi həyatını bəyənmirdi. 

Həmişəki kimi kouçinq sessiyasına gələrək, Sancey mənimlə problemlərini müzakirə etməyə tələsdi. Bu dəfə söhbət onun işçilərinə verəcəyi maaş haqqında gedirdi. Sancey xırdalıqlara qədər mənimlə öz planını bölüşməyə başladı, mən isə onun sözünü kəsərək soruşdum:

  • Sancey, sən bu kimi mövzuları işçilərinlə artıq dəfələrlə müzakirə edibsən, eləmi? 
  • Əlbəttə ki, – deyə o cavab verdi. 
  • Və sən bunu etməyin ən yaxşı yolunu bilirsən?
  • Bəli, – deyə o mənim fikrimi təsdiq etdi. 
  • Əla. İndi isə gəl başqa şeydən danışaq. 
  • Axı bu sual məni narahat edir!, – deyə o etiraz etdi. – Mən əminəm ki, bu mövzunu müzakirə etsək, daha yaxşı olar. 
  • Sancey, mən hər zaman kömək etməyə hazıram, – deyə cavab verdim. – Lakin məsələ orasındadır ki, sənə mənim məsləhətim deyil, həyatını dəyişdirməyim lazımdır. Və əgər həmişə gündəmdə olan problemlərin müzakirəsi ilə məşğul olsaq, heç vaxt irəliləyə bilməyəcəyik. 

Sancey elə hesab edirdi ki, onun həyatında heç bir irəliləyiş yoxdur. Bunun əsas səbəbi isə onun bütün diqqətini gündəlik problemlərin üzərində cəmləşdirməsi idi.

Digər tərəfdən, əksəriyyətimiz gələcəyə doğru irəliləməyi arzu edir. Amma indiki zamana bağlı olduğumuza görə, buna nail ola bilmirik. Əlbəttə ki, mən Sanceyə indiki zamanda uğurlu olmağa kömək edə bilərəm, lakin gələcək zamana diqqət ayırsam daha böyük effektə nail olmuş olacağam. 

Yəqin ki, belə bir mənzərə sizə tanış gəlir: səhərdən axşama qədər iş içində, istirahət etməyə bir dəqiqə belə yoxdur; artıq axşam yaxınlar, ən vacib işləriniz isə hələ də yerinə yetirilməyib.

Həmişə məşğul olmaq və uğurlu olmaq eyni şey deyil. Bu, marafon ilə qaçış trenajorunun müqayisəsinə bənzəyir. 

Əgər məhsuldar olmaq istəyirsinizsə, ilk növbədə özünüzə sual verməlisiniz: mən kim olmaq istəyirəm? Haraya düşmək istəyirəm? Çox güman ki, bu iki sualın cavabı sizin inkişafınızın istiqamətini müəyyən edəcək. 

Əgər siz yazıçı olmaq istəyirsinizsə, daha çox yazmalısınız. Əgər satış meneceri olmaq istəyirsinizsə, fəaliyyətinizi yalnız satışlarla məhdudlaşdıra bilmərsiniz – siz həm də idarəçilik bacarıqlarını inkişaf elətdirməlisiniz. Əgər yeni biznesə başlamaq, innovativ məhsul buraxmaq və ya komandaya rəhbərlik etmək istəyirsinizsə, planın qurulmasına, təcrübənin əldə olunmasına və bacarıqların inkişafına vaxt ayırmalısınız. 

Əsas olan budur. Siz öz gələcəyinizə sərmayə qoymalısınız. Başqa sözlə desək, əgər məhsuldar olmaq istəyirsinizsə, məhsuldar olmayan işlərə vaxt sərf etməlisiniz. 

Mən yazıçı olmaq istəyirəm, buna görə də hər gün səhər 5:30-da durub yazıçılığa vaxt ayırıram. Təəssüf ki, bu işdə o qədər də bacarıqsız biri deyiləm, ona görə də bəzən bunu produktiv hesab eləmirəm. Əsərlərimi nə edəcəyəm? Mən onları sata və ya istifadə edə bilmirəm. Bəlkə, kiməsə oxuyum? Heç bir məna görmürəm – düzünü desəm, özüm də çətinliklə oxuya bilirəm. Mən müştərilərimi çox yaxşı başa düşürəm, çünki özüm də eyni problemlərlə üzləşirəm. 

İnsanlar məndən tez-tez soruşurlar: bəs etməli olduğum gündəlik işləri kim edəcək? Çox güman ki, elektron poçtuma gələn məktubları oxuyub, onlara cavab yazmalıyam, layihəmin planını hazırlamalıyam, qalan boş vaxtımı isə gələcək məqsədlərimə ayırmalıyam, elə deyilmi?

Yox, elə deyil. 

Çox vaxt bizə elə gəlir ki, hələdə o qədər də yaxşı bacara bilmədiyimiz işlər produktiv deyil. Əslində isə elə deyil. Bəzən gündəlik işlərə münasibətdə məsuliyyətsiz olmağımız lazımdır ki, gələcək üzərindəki işimizdə irəliləyiş olsun. İndiki zaman gözləyə bilər, o heç haraya qaçmayacaq və heç vaxt bitməyəcək. Onun təbiəti belədir. 

Bəlkə də, bütün məktubları axıra kimi oxuyub qurtara və hər kəsin xoşuna gələ bilməyəcəksiniz. Amma sizin müəlliminiz bunu bacara biləcəyinizdən əmindir. 

Məni başqa şeylər narahat edir. Əslində, çatdıra bilmədiyimiz işlər ya o qədər də vacib deyillər, ya çox mürəkkəbdirlər, ya da çox qorxuludurlar. 

Sancey gələcək üzərində işləməyə razı olduğuna baxmayaraq, yenə də mübarizə aparmağa davam edir – çünki bu günki işləri həll etmək daha asandır. Gələcəyin planlaşdırılması ilə bağlı olan məsələlərdə isə o təcrübəsizdir. Belə də olmalı idi, axı bu gələcəkdir. 

Son xəbərlər
Digər xəbərlər