2 C
Baku
Saturday, December 14, 2024

“Halal”-la qadağa

Ölkədə “Halal” adı altında məhsul istehsal edən müəssisələrə markalanmadan “halal” sözünün  çıxarılması ilə bağlı vaxt verildi. Belə ki, qeyd olunan müəssisələr 1 aprel 2014-cü il tarixinədək öz marlalarından halal” sözünün çıxarmalıdırlar.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilmişdir.

Standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks  halda sertifikatlaşdırılmayan məhsulların üzərində “halal” sözünün istifadəsinə qadağa qoyulacaqdır.

Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilmişdir. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir.

Qeyd edək ki, həmin müəssisələr öz brendlərində halal adlı sözün qeyd olunması üçün milyonlarla pul xərcləyiblər. Halal sözünün çıxarılmasında əsas məqsəd isə istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

Son xəbərlər
Digər xəbərlər