28 C
Baku
Wednesday, June 26, 2024

Hamı qismətini özü seçir

Qışın sonuncu günü idi. Hava küləksiz idi və iri qar dənələri sanki havada rəqs edərək gözəl həlqələr yaradır və astaca yerə doğru enirdilər.

Yanaşı uçan iki qar dənəciyi söhbət açmaq qərarına gəlir. Bir-birini itirməkdən qorxaraq, onlar əl-ələ tutur və onlardan biri şən şəkildə söyləyir:

— Birlikdə uçmaq və uçuşdan zövq almaq çox gözəldir, elə deyilmi?

— Biz uçuşuruq, biz sadəcə yerə düşürük, digər qar dənəciyi qəmgin halda dillənir.

— Tezliklə biz torpaqla rastlaşaraq və onun üzərində ağ, yumaq örpək əmələ gətirəcəyik.

— Xeyir, yerdə bizi ölüm gözləyir, orda biz sadəcə ayaqlar altında qalacağıq və tapdayacaqlar.

— Biz yeraltı bulaqlara çevrilib, dənizlərə axacaq, orda isə əbədiyyətə qovuşacağıq – birinci qar dənəciyi söyləyir.

— Xeyr, biz əriyərək həmişəlik yoxa çıxacağıq – o birisi etirazla bildirir.

Nəhayət onlar mübahisə etməkdən bezir, bir-birlərinin əllərini buraxır və öz seçdikləri taleyin arxasınca yollarına davam edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər