6 C
Baku
Saturday, February 24, 2024

Hamiləliyə və doğuşa görə məzuniyyətdə ciddi dəyişiklik gözlənilir

Hamiləliyə və doğuşa görə məzuniyyətdə ciddi dəyişiklik gözlənilir Əmək Məcəlləsinin Layihəsində 125 maddəyə (Hamiləliyə və doğuşa görə məzuniyyətlər) 3-cü hissə əlavə olunacaq.

Bu haqqda fikirləri ilə  İqtisadçı-ekspert Rauf Qarayev Banker.azla paylaşmışdır. Onun sözlərinə görə: “Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəl hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın faktiki doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. Bunu misalla şərh edək. İndiki qanunvericiliyə əsasən hamiləliyə görə işçiyə 70 təqvim günü doğuşa qədər, 56 təqvim günü doğuşdan məzuniyyət pulu ödənilirdi və həmin günlər hamilə qadın üçün məzuniyyət sayılırdı. Gözlənilən dəyişikliyə əsasən həmin şəxs hamilə qaldığı gün məzuniyyətə çıxır. Burada müddət nəzərə alınmır. Yəni 9 aylığında uşaq anadan olacaqsa həmin günə qədər məzuniyyət verilir. Həmin günə qədər də məzuniyyət pulu ödənilir. Amma doğuşdan sonrakı müddətdə şəxs işə qayıtmalıdır, (yəni 56 gün burada nəzərə alınmır, nə də məzuniyyət pulu ödənilmir) və ya uşağa qulluğu görə qismən ödənişli sosial məzuniyyətə çıxmalıdır”.

Son xəbərlər
Digər xəbərlər