-1 C
Baku
Sunday, December 15, 2024

Hansı avro əskinaz daha çox saxtalaşdırılır?

2018-ci ilin ilk yarısında Avropa Mərkəzi Bankı (EMB) 301 min saxta avro əskinazlarını dövriyyədən çıxarıb – bu 2017-ci ilin oktyabr-dekabr ayları ilə müqayisədə 17,1 faiz azdır. Ötən ilin birinci yarısıyla müqayisədə valyuta bloklu ölkələrdə saxta əskinazların sayı 9,1% azalıb.

Daha çox 20 və 50 €-luq əskinazları saxtalaşdırmağa davam edirlər: aşkar olmuş saxta əskinazların  83% təşkil edir. Üçüncü yerdə – 100 € dəyərində olan banknotlardı,  saxta əskinazların 10,9% təşkil edir. Daha az pul saxtalaşdıranlar 200 €-luq əskinazla maraqlanırlar (0,8% təşkil edir).

Saxta əskinazın alınması ehtimalı azdır. Saxta əskinazlar dövriyyədə olan həqiqi banknotların miqdarı ilə müqayisədə olduqca aşağı qalır ki, bu da ÜDM-in sürətlə artmasından qaynaqlanır. 

                                                                                                    Avropa Mərkəzi Bankı

 

Bundesbankın məlumatına görə, ilin ilk yarısında Almaniyanın səlahiyyətli orqanları 31,1 min saxta əskinazları ələ keçirmişlər. Beləliklə, saxta avro məbləği 6,2% azalıb. Çox vaxt, 50 € dəyərində banknotları saxtalaşdırırlar, bu bütün saxta banknotların 72 faizini təşkil edir.

Statistikaya əsasən , hər 10 min adama ildə təxmini 7 saxta banknot düşür

Bundesbank İdarə Heyətinin üzvü

                                                                                                           Johannes Beerman

Eyni zamanda, Estoniyada il ərzində 50 və 100 avro dəyərində olan nominasiyalar üzrə saxta əskinazların sayı artıb. Bununla yanaşı Estoniyada saxta əskinazların bir il əvvəl ki göstəricilərdən  20% az, yəni yalnız 39 halda aşkar edilmişdir. Ötən ilin yanvar-iyun aylarında ölkədə 1,159 ədəd saxta evro pul aşkar olunub, bu da ötən illə müqayisədə 912 dəfə çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər