Mən şəxsi istifadəm üçün ABŞ-dan avtomobil sifariş etmək niyyətindəyəm. Bilmək istəyirəm ki, istehsal tarixi 2017-ci il və mühərrikinin həcmi 2000 kubsantimetr olan hibrid avtomobilin idxalı ƏDV-yə cəlb edilirmi?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 164.1.41-1 maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən azadolma müddəti 2026-cı il yanvarın 1-dək 1 il müddətinə uzadılıb.
Qeyd olunanlara əsasən, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin idxalı Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 164.1.41-1 maddəsi.