Bildiyimiz kimi, kreditlər şəxsi istehlak və biznes məqsədli olmaqla əsas iki qrupa ayrılır. Bu əsas qruplar da öz növbəsində kreditin təyinatı, müddəti və məbləği baxımından bir neçə alt qruplarına təsnifləşdirilir. Misal üçün, avomobil krediti, ipoteka krediti, nağd pul krediti, kredit və taksit kartları şəxsi istehlak kreditlərinin alt qruplarına aid edilir. Biznes kreditləri də öz növbəsində bu tip alt qruplarla fəqləndirilir. Banker.az monitorinq qrupunun bugünkü araşdırma mövzusu biznes kreditlərinin ən geniş yayılmış növü olan mikro kreditlər haqqındadır. Mikro kreditlər – adından da göründüyü kimi məbləğlərin daha xırda olması ilə seçilir. Əsasən sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə təklif edilən bu kredit VÖEN əsasında fəaliyyət göstərən müxtəlif peşə sahiblərinə də təklif edilə bilər. İstehlak kreditlərində ərizəçinin gəlirlərini təsdiq edən sənəd qismində iş yerindən / elektron arayış və ya maaş kartı hesabından çıxarış iştirak edirsə , mikro kreditlərdə gəlirləri təsdiq etmək üçün VÖEN hesabından çıxarışa ehtiyac duyulur. Xüsusilə qeyd etmək istərdik ki, mikro kreditlərin verilməsi prosedurları istehlak kreditlərinə nisbətdə daha qəlizdir. Belə ki, ərizəçinin biznes fəaliyətinin qiymətləndirilməsi üçün VÖEN-dən əlavə biznesə baxış da keçirilməlidir. Bu tip kreditlər riskli kreditləri kateqoriyasına aid olunduğu üçün bir çox hallarda girov və ya zaminlə rəsmiləşdirilir.

Mikro kreditlər haqqında bazar araşdırması aparan məlumumuz oldu ki, bu kreditlər istehlak kreditləri qədər geniş yayılmamışdır. Lakin bu məhsulu təklif edən Banklarımızın sayı bir o qədər də az deyil. Mikro kreditlərin məbləğinə təsir edən ən böyük amil isə girov predmetidir. Belə ki, girov qismində yalnız fiziki şəxsin zaminliyi olduqda kredit məbləği adətən 5 – 10 min civarında olur. Daşınmaz əmlak və ya qızıl girovu ilə isə 30 min manatadək məbləğləri əldə etmək olar. Aşağıdakı cədvəldə mikro kreditlərin şərtləri ilə ətraflı tanış ola bilərsiniz. Qeyd edək ki, yalnız AZN valyutasındafiziki şəxsin zaminliyi əsasında rəsmiləşdirilən mikro kredit şərtləri cədvəldə əks olunub. Girov əsasında olan şərtləri isə növbəti yazılarımızda təhlil edəcəyik.

BankMaksimum məbləğMüddətFaiz dərəcəsiKomissiya
Accessbank10 000 AZN24 ayadək28%1% – 2%
Amrahbank20 000 AZN18 ayadək10 000 AZN –dək – 28%

10 001 – 20 000 – 27%

1.5%
Bank Respublika10 000 AZN24 ayadək27% – 28%

*hal-hazırda aktiv kampaniya çərçivəsində 3%-dək endirim edilir.

1% – 1.5%
Bank of Baku20 000 AZN24 ayadək25% – 30%

*müddətdən və müştəri kateqoriyasından asılı olaraq

1% (min.20 AZN)
Express Bank15 000 AZNYeni müştəri  – 18 ayadək

Təkrar müştəri – 24 ayadək

12 aylıq – 26%

18 aylıq – 27%

24 aylıq – 28%

2%
Unibank15 000 AZN24 ayadək27% – 31%2%
Rabitə Bank5 000 AZN24 ayadək12 ayadək – 24%

13 – 24 ay – 26 ay

1%

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları