6 C
Baku
Saturday, December 14, 2024

Hansı bankın debet kartından istifadə daha sərfəlidir? – SİYAHI

Hansı Bankın debet kartlarında istifadə etmək daha sərfəlidir? – Bu suala konkret cavab tapmaq çox da asan deyil. Səbəb isə istifadəçilərin gözləntilərinin fərqli olmasıdır. Kimi kartın müddəti və qiymətinə, kimi nağdlaşma tariflərinə, kimi kartların əlavə qazanc imkanlarına kimisi isə digər məqamlara üstünlük verir. Bu səbəbdən oxucularını tam məlumatlandırmaq üçün monitorinq qrupumuz fərqli kriteriyalar üzrə debet kart təklif edən Bankların üstünlüklərini təhlil edib. Müvafiq təhlili kriteriyalar üzrə Sizlərə təqdim edirik.

Qiymət və müddət – bu kriteriya əksər istifadəçilər tərəfindən önəm verilən kriteriyalardandır. Heç kəs tez-tez kartını yeniləmək üçün Banka müraciət etmək istəmir. Bundan əlavə olaraq isə karta nəinki çox pul ödəmək hətta kartı pulsuz əldə etmək istəyir. Monitorinq qrupumuzun bazar araşdırması nəticəsində məlumumuz oldu ki, bu kriteriya üzrə şəksiz lider olan Bank Respublikadır. Belə ki, premium seqment (MC Black Edition, MC World Elite , Visa Infinite)  kartlar istisna olmaqla Bankın bütün debet kartlarını xidmət haqqı olmadan yalnız ilkin ödəniş əsasında əldə etmək mümkündür. Doğrudur bu təklif digər Banklarda da mövcuddur, lakin Bank Respublika kartlarının müddəti 5 ildir. Bu müddətə və pulsuz kart təklif edən ikinci bir Bank yoxdur. Nümunə üçün deyə bilərik ki, Visa Classic / MC Standart kartları üçün 200 AZN/USD/EUR, Visa Gold /MC Gold kartları üçün 1000 AZN/USD/EUR, Visa Platinum / MC Platinum kartları üçün isə 5000 AZN/USD/EUR ilkin mədaxil tələbi mövcuddur. Qiymət və müddət kriteriyasında digər sərfəli təklif isə Expressbanka məxsusdur. Bank brendləşdirdiyi Expresso debet kartını 4 illik müddətə 5 AZN-ə təklif edir. Lakin bu kartın mənfi cəhəti yalnız AZN valyutasında olmasıdır.

Nağdlaşma tarifləri – Bu kriteriya əsasən nağd ödənişlərə üstünlük verən və ATM-lərdən tez tez nağdlaşma əməliyyatı edən istifadəçilər üçün önəmlidir. Bəzi Banklar bu seqmentə aid olan müştərilərin istəklərini nəzərə alaraq bəzi kartlarında, bəziləri isə bütün kartlarında ATM-lərdə nağdlaşma komissiyasını 0% təyin ediblər. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, komissiyasız nağdlaşma yalnız Bankların öz ATM şəbəkəsində keçərlidir. Bu imkanı müştərilərə təklf edən Banklar və kartlar aşağıda qeyd edilib.

  • Bank of Baku – Bolkart Debet məhsulunun bütün növləri (Diamond, Gold, Ailə və Gənc)
  • Unibank – Albalı Plus Debet növləri və Unimiles kartı
  • Accessbank – myCard Classic, myCard Gold, myCard Platinum
  • Yapıkredi Bank –  Pulkart
  • Expressbank – Bütün Debet Kartlar
  • Nikoil Bank – Bütün Debet Kartlar
  • NBC Bank – Bütün Debet Kartlar

Bu kriteriya üzrə Expressbank və Nikoil Bank digər rəqiblərini qabaqlayır.

Cash – back / Bonus – Bu kriteriya kartdan nağdsız şəkildə istifadə edən aktiv istifadəçilərin maraq dairəsindədir. Banklar kart sahiblərinin məmnunluq səviyyəsini qaldırmaq və onlara əlavə qazanc vermək üçün bu loyallıq proqramlarını yaradıblar. Cash – back və Bonus proqramları mahiyyət etibarilə eyni olsalar da işləmə prinsipi olaraq fərqlidirlər. Belə ki, kartlarında Cash – back funksiyası olan kart istifadçiləri alış-veriş zamanı geri aldıqları məbləği nağd və nağdsız şəkildə yenidən istifadə edə bilərlər. Bonus proqramlarında isə geri qayıdan vısait yalnız nağdsız formada istifadə edilə bilər.

Cash – Back olan debet kartlar Bonus olan Debet kartlar
Unibank – bütün kartlar

Expressbank – bütün kartlar

Turanbank – bütün kartlar

Bank VTB – Multivalyuta kartları (yalnız xarici ölkələrdə istifadə zamanı)

Bank of Baku – Bolkart Debet kartları

Yapıkredi Bank – Pulkart

Bank Respublika – Bütün kartlar

Cash – back tətbiq edən Banklarda Expressbank həm qeyri-partnyor həm də partnyor mağazalarda bu təklifi tətbiq etdiyi üçün digərlərindən az da olsa üstündür.

Bonus tətbiq edən Banklarda isə Bank Respublika nəinki debet kartları bütün kart məhsulları istifadəçilərinə bu imkanı yaratdığı üçün digərlərindən müsbət mənada fərqlənir.

Depozit imkanı  bu kriteriya cash-back/bonus kriteriyasının əksinə olaraq passiv kart istifadəçiləri üçün daha maraqlıdır. Depozit imkanı olan kartlar kart hesabında olan müsbət qalığa görə müştəriyə əlavə qazanc əldə etmək imkanı yaradır. Araşdırma zamanı məlumuz oldu ki, Banklar bu imkanı kütləvi formada bütün debet kartlarına deyil, yalnız brendləşdirilmiş debet kart istifadəçiləri üçün tətbiq edirlər. Bəzi Banklarda bu imkan yalnız AZN valyutalı kartlarda olsa bəzilərində 2 və ya 3 valyutaya tətbiq edilir. Depozit imkanı olan Bank kartları haqqında ətraflı məlumat aşağıdakı cədvəldə əks olunub.

Bank Kart Valyuta Faiz gəliri
AccessBank myCard AZN / USD AZN – 5% / 6%

USD – 1%

Unibank Albalı Plus Debet AZN / USD AZN – 3%

USD – 0,3%

Express Bank Expresso Yalnız AZN 3%
Bank of Baku Bolkart Debet Yalnız AZN 5%
Rabitə Bank Kartmane AZN / USD AZN – 6%-dək

USD – 1%-dək

Nikoil Bank Yığım kartları AZN / USD AZN – 8%

USD – 2%

Bank VTB Multivalyuta kartları AZN/USD/EUR/RUB AZN – 4,5%

RUB – 2,5%

USD – 0,7%

EUR – 0,5%

 

Bu imkan üzrə lider 3 Bankı (AZN kartlar üzrə) sıralamalı olsaq ardıcıllıq Nikoil Bank, AccessBank və Bank of Baku kartları kimi olacaq.

 

Son xəbərlər
Digər xəbərlər