19 C
Baku
Saturday, May 31, 2025

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? – Mərkəzi Bankdan qərar

Azərbaycan Mərkəzi Bankı bankların sistem əhəmiyyətliliyini qiymətləndirmək üçün yeni meyarlar təsdiq edib.

Banker.az xəbər verir ki, bu qərar 19 mart 2025-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərarla qüvvəyə minib.

Yeni müəyyən edilən meyarlar, ölkədə fəaliyyət göstərən yerli və xarici bankların sistem əhəmiyyətliliyini qiymətləndirmək üçün bir sıra göstəriciləri əhatə edir. Qərar, 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş əvvəlki qərarı ləğv edir və yeni meyarlar ilə əvəz olunur.

Meyarlar arasında cəmi aktivlər, depozit portfeli, maliyyə institutları qarşısındakı öhdəliklər, ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar, əmanətçi sayı, unikal müştəri sayımaliyyə inklüzivliyi kimi müxtəlif indikatorlar yer alır. Hər bir indikatorun xüsusi çəkisi müəyyən edilib və bu çəki əsasında bankların sistem əhəmiyyətliliyi indeksi hesablanacaq.

Hazırda ölkədə sistem əhəmiyyətli banklara ABB, “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank” və “Bank Respublika” daxildir, hansı ki, bunlarda ölkənin 5 ən iri aktivlərinə sahib bankıdır.

Bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:

No Kateqoriya İndikator Xüsusi çəki (%)
1 Ölçü Cəmi aktivlər 30%
Depozit portfeli 10%
2 Şaxələnmə Maliyyə institutları qarşısında öhdəliklər 8.3%
Maliyyə institutlarında yerləşdirilən aktivlər 8.3%
Qiymətli kağızlar üzrə öhdəliklər 8.3%
3 Əvəzolunmazlıq Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar 7.5%
Əmanətçi sayı 7.5%
Unikal müştəri sayı 7.5%
Maliyyə inklüzivliyi 7.5%
4 Mürəkkəblik Birjadankənar törəmə maliyyə alətləri 2.5%
Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar 2.5%

11-“Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə

Son xəbərlər
Digər xəbərlər