9 C
Baku
Monday, November 18, 2024

Hansı banklar uşaq əmanəti təklif edir? Şərtlər nələrdir?

Banker.az bu dəfə uşaqların gələcəyi üçün ən əlverişli yatırımlardan biri olan uşaq yığım əmanətini təklif edən banklar və onların şərtləri haqqında araşdırma aparıb.

Əvvəlcə bildirək ki, uşaq yığım əmanəti (depozit) valideyn (qəyyum tərəfindən) və eləcə də yaxın qohum tərəfindən 18 yaşına çatmamış uşağın adına açıla bilər. Hesabı açmaq üçün valideynin(və ya qohumun) şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsi tələb olunur. Əmanət daxil edən şəxs uşağın əmanətə olan hüquqlarının təqdim olunması anına qədər əmanət qoyanın bütün hüquqlarına malik olur. Bəzi hallarda, yetkinlik yaşına çatmayan şəxs 14 yaşından öz hüquqlarına sahib olur.

Bir qayda olaraq banklar 14 yaşdan 18 yaşadək uşaqlar üçün depozit üzrə əməliyyatlar keçirmələrinə məhdudiyyət qoyurlar. Bu əməliyyatlar ancaq valideyn yaxud digər qanuni nümayəndə tərəfindən verilən yazılı icazə (etibarnamə) olduqdan sonra yerinə yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.7 bəndində də buna dair qeyd var: ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.

Azərbaycanda 5 bank uşaq yığım əmanəti təklif edir. Banklarda əmanətin bu növü AZN/USD valyutasında yerləşdirilər bilər. Avro valyutasında isə təkcə Xalq Bank əmanət qəbul edir, bu əmanətin yerləşdirilməsi şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

a2a4 5

Qeyd: Cədvəldə banklar əlifba sırasına uyğun olaraq sıralanıb.

Uşaq yığım əmanəti təklif edən bankların hər birində əmanətə vəsaitin əlavə edilməsi mümkündür. Bank VTB Azərbaycanda uşaq depozitinə min. 5 AZN/USD vəsait əlavə oluna bilər. Muğanbankda əlavə vəsaitin qoyulması müddətin ilk 30 ayı ərzində mümkündür. Rabitəbankda bu əməliyyat ayda bir dəfə – minimum 100 AZN/USD, maksimum 1 000 AZN/USD məbləğində həyata keçirilə bilər. Həmçinin TuranBankda ay ərzində istənilən vaxt əmanətə minimum 100 AZN/USD, maksimum 1 000 AZN/USD vəsait əlavə oluna bilər. Xalq Bankda əmanətin artırılması üçün heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, kompensasiyalar sığortalanmış əmanət üzrə əmanətin 100 (bir yüz) faizi həcmində, lakin 100 (bir yüz) min manatdan artıq olmamaq şərti ilə ödənilir.

Son xəbərlər
Digər xəbərlər