8 C
Baku
Thursday, December 12, 2024

Hansı banklar xanımların bayramını təbrik etdi?

Qarşıdan xanımların çox sevdiyi və səbrsizliklə gözlədiyi, kişilərin isə “matəm” günü hesab etdikləri 8 mart bayramı yaxınlaşır.  Bu bayramın yaxınlaşması ilə əlaqədar olaraq geyim, ətir və bir neçə mağazalarda  xanımlar üçün xüsusi endirim kampaniyaları tətbiq olunur.

Banklarımız da bu ənənəni davam etdirmək üçün 8 mart münasibətilə kampaniyalara start verdi.

İlk kampaniyaya start verən bank isə Muğan Bank oldu. Belə ki, bütün xanımlar  pulsuz “Visa Gold” və  “MasterCard Gold”  kartı  əldə edə bilərlər. 1- 12 mart tarixləri arasında hər bir xanım şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq pulsuz olaraq “Visa Gold” və “MasterCard Gold” kartı əldə edə bilər.

1620581_588770574533840_701472601_nDaha bir xanımları düşünən bank isə Kapital Bankdır. Belə ki, Kapital Bank 8 Mart münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 1 -7 marta qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir xanım müştərilər həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqlarında 2% endirim qazanacaqlar.

Poster_March 8BOKT olmasına baxmayaraq heç zaman banklardan geri qalmayan və hər zaman hətta bankların siyahısında belə ön sıralarda dayanan FİNCA Azerbaijan yenə də xanımları unutmadı və 8 mart bayramı münasibətilə yeni kampaniyaya start verdib. Belə ki,  3-14 mart tarixlərində xüsusi kampaniyanın icrasına başlamışdır. Bu dövr ərzində kredit götürən bütün xanım müştərilərə 4%-dək endirim olacaq.

Xanımlar üçün kampaniyaya start verən növbəti bank DəmirBank-dır. Bank 8 fərqli gün adlı yeni kampaniyaya start verib.  Martın 14-nə kimi davam edəcək kampaniyanın  şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə DəmirBank-a müraciət edən  xanım müştərilər üçün komissiya haqları 0,8% olacaq. Kreditin maksimal məbləği 8000 AZN təşkil edir.

Unibank ilə xanımlar 3 gün bayram edəcəklər. Bu həftəsonu  Albalı şoppinq festivalına 8-mart-kampaniya (1)qatılaraq Unibankın bayram kampaniyasından faydalana bilərsiniz. Martın 7-si və 8-də bank filiallarından kredit götürən hər kəsə, komissiyada 50% endirim ediləcək.

Martın 7-8-9-u Albalı (Albalı Plus və 28 Mall Albalı) kartı ilə 3 taksit və daha yuxarı alış-verişlərə, 6 taksit  də hədiyyə olunacaq.  Yəni, kampaniya günlərində  6 aylıq ödəniş müddətinə alınan məhsul və xidmətlərin dəyərini, 12 aya ödəyə biləcəksiniz.

banner (5)Kampaniyalar sırasında növbəti bank isə Bank of Baku-dur.

Belə ki, Bank 8 Mart Günü ilə əlaqədar  xanımlar üçün Komissiyasız Nağd Pul Krediti günləri elan edir.  7 və 8 mart tarixlərində Bank of Baku-da nağd pul krediti rəsmiləşdirən hər xanım komissiya ödənişindən tam azad olunacaqlar.  Kreditin maksimal həddi isə 15 000 manatdır.

1974507_10152001204757775_320154344_nNövbəti kampaniya edən bank Ekspressbank oldu.  “8+8” kampaniyası 19 mart 2014-cü il tarixinədək  davam edəcək. Fürsətdən istifadə edib illik cəmi 8% dərəcəsi + 8% komissiya ilə Asan kredit əldə edə bilərsiniz.

Sizə xanımlar üçün kampaniyalara start verən bankların siyahısını təqdim etdik. İndi isə seçim siz xanımlarındır. Diqqətlə oxuyun və özünüzə uyğun kampaniyalardan faydalanın.

Son xəbərlər
Digər xəbərlər