6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Azərbaycan bankları nağd krediti neçə faizlə verir? – Siyahı

Azərbaycanda banklar müxtəlif şərtlərlə geniş çeşiddə istehlak kreditləri təklif edir.

Banker.az yanvar ayı üzrə istehlak kreditinin bir növü olan nağd kredit verən bankları araşdırıb.

Bankların kredit şərtləri ətraflı cədvəldə qeyd olunub.66 1

*AFB Bank – Nağd krediti rəsmi Bank kartı ilə əmək haqqı alanlar və təqaüdçülər əldə edə bilərlər.

*Kapital Bank – Yalnız onlayn rəsmiləşdirilən kreditlərə nağdlaşdırma komissiyası 0%-dir. Kampaniya 31 yanvar 2022-ci ilədək keçərlidir.

*PAŞA Bank – Əmək haqqı kartı PAŞA Bankda olan müştərilər üçün nağd kredit verilir.

*Rabitəbank – Yalnız onlayn sifarişlə nağd pul kreditinin illik faizi müddətindən asılı olmayaraq cəmi 14%-dir. Kampaniya 14 yanvar, 2022-ci iltarixinədək qüvvədədir. Komissiya haqqı 1 ilədək 1.5%, 1 ildən sonra isə 1% təşkil edir.

*Turanbank – Nağd krediti online sifariş edənlərə 1 %-dək endirimdir. Əmək haqqı hesabı Turanbank-da olan kredit müraciətlərinə mövcud faiz dərəcələrindən 0.5% güzəşt oluna bilər. Kreditin komissiyasını 3% -ə qaldırmaqla (komissiya 3 faizdən çox ola bilməz), müvafiq komissiyadan kreditin standart komissiyasi arasında fərqdən çox olmayan faiz həcmində kreditin faiz dərəcəsində güzəşt tətbiq etmək olar. Bu zaman qaydalarda müəyyən edilmiş digər güzəştlər tətbiq oluna bilməz.

*Yapı Kredi Bank – Yeni müştərilər üçün illik faiz dərəcəsi 19.90%, təkrar müştərilər üçün 18% təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər