Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin yekunlaşmasına artıq çox az qalıb.
Ölkənin bir çox bankları Kapitallarını artırmasına baxmayaraq, bəzi banklarda vəziyyət o qədər də ürək açıcı deyil. Beləliklə ölkə banklarından 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırmayan banklar isə digər banka birləşdiriləcək.
Hazırda Mərkəzi Bankın açıqlamalarına əsasən deyə bilərik ki, 43 bankın 8-i zərərlə işləyir. Bank sisteminin cəmi zərəri zərərlə işləyən banklar üzrə – 42,44 milyon manatdır.
Banker.az kammersiya banklarının məcmu və nizamnamə kapitalı ilə bağlı araşdırma aparıb. Belə ki, hazırda zərərlə işləyən 8 bankdan 5 bank Mərkəzi Bankın məcmu kapitalı tələbii yerinə yetirə bilmədiyi üçün bağlana bilər.
Hazırda ən az məcmu kapitalına sahib olan bank Deka Bankdır. Bankın 30 avqust 2014-cü il tarixi üzrə açıqlamalarında məcmu kapitalının 13 010 200 manat olduğu qeyd olunub.
Növbəti məcmu kapitalı üzrə tələbi yerinə yetirə bilməyən bank Azərbaycan Kredit Bankıdır. 30 iyun 2014 –cü il tarixinə olan göstəricilərə əsasən bankın məcmu kapitalı 17 294 472 720 manat təşkil edib.
Atra Bankın 30 iyun 2014-cü il tarixində məcmu kapitalı isə 21 391 120 manat təşkil edir.
Yunayted Kredit Bank –ın məcmu kapitalı isə 30 iyun tarixində 27 864 240 manat təşkil edib.
Məcmu kapitalı haqqlnda tələbi yerinə yetirə bilməyən digər bank isə Bank Avrasiyadır. 30 iyun 2014- cü il tarixində Bankın məcmu kapitalı 30 849 100 manat təşkil edib.
Bəzi maliyyə problemləri olan Bank of Azerbaijan da məcmu kapitalı üzrə tələbi yerinə yetirə bilməyən banklar sırasındadır. Belə ki, bankın məcmu kapitalı 2013 cü il üzrə açıqladığı son məlumatda məcmu kapitalının 33.6 milyon manat olduğunu qeyd edib.
Günay Bank isə rəsmi səhifələrin 2014-cü il üzrə məcmu kapitalı haqqında heç bir məlumat qeyd etməyib. Bank 30 dekabr 2013 il tarixində cəmi öhdəlikləri və kapitalı 34, 760,858 milyon manat olduğunu qeyd edib.
Zamin Bank isə son açıqlamalarını aprel ayı üzrə təqdim edib. Həmin dövr ərzində isə bankın məcmu kapitalı 47 milyon manat təşkil edib.
NBC Bank isə məcmu kapitalı üzrə tələbi çox cuzi fərq ilə yernə yetirə bilmir. Belə ki, Bankın rəsmi səhifəsində 31 avqust ayı üzrə son açıqlamasında məcmu kapitalının 49 784 000 manat olduğu qeyd edilib.
Comments are closed.