20 C
Baku
Tuesday, April 23, 2024

Hansı bitkilər pul və uğur gətirir?

Maliyyə uğuru və zənginlik istəyirsinizsə işdə və ofisdə zənginlik gətirən bitkilər becərin. Bir çox bitkilər var ki, onların insanlara uğur gətirdiklərini hesab edirlər.
Belə bitkilər çoxdur, seçə bilərsiniz.

Dovşankələmi (lat. Crassula)

Yəqin ki bunun pul ağacı olduğunu bilirsiniz. Bu pul ağacı mütləq sizə maliyyə uğurları gətirəcək. Lakin bunun üçün ona yaxşıca qulluq etməlisiniz. Qısası bu elə də çətin deyil. Bu bitki sizə nəinki pul gətirəcək, həm də sizin stressinizin və fiziki yorğunluğunuzun da öhdəsindən gələcək. Eyni zamanda olduğunuz yerin havası da təmiz olacaq.

Küpəçiçəyi (Fuksiya)

Əgər sonsuz çətinliklər arasında qalmısınızsa bu bitki sizi oradan çıxaracaq. Küpəçiçəyi ruhunuzu qidalandırır və canlandırır. Bununla da sizi həyata qarşı daha həvəsli edir. Ətrafınızda bu bitki olduqda davamlı orijinal ideyalar yaradacaq və ən çətin tapşırıqları qeyri-standart üsullarla həll edəcəksiniz. Küpəçiçəyi – hər bir sahədə uğur simvolu olsa da, daha çox incəsənət sahəsində olanların köməyinə çatır. Bu bitki sahibini ruhən dəyişdirmək və inkişaf etdirmək imkanlarına malikdir. Onunla siz hər gün tamam başqa bir insan olacaqsınız.

Yapon aukubası

Daha bir uğur talismanı. Lakin bu hələ onun əsas keyfiyyəti deyil. Sirr deyil ki, hər bir insanın daxilində əsl xəzinə gizlənib – bu da çox zaman üzə çıxmayan istedaddır. Yapon aukubası bu istedadların üzə çıxarılmasına və insanda yeni maraqlı keyfiyyətlərin yaradılmasına kömək edir.

Bougainvillea

Bu bitki ümumilikdə maliyyə dahisi hesab olunur. Bu ən güclü pul simvoludur. Bougainvillea bütövlükdə maliyyə ilə, pulların enerjisi və gücü ilə bağlıdır. Bu çiçəklənən bitki uğurdan istifadə etməyi və uğur sükanını lazım olan istiqamətə çevirməyi bacaranlara kömək etməyi sevir. Bougainvillea sərfəli pul yatırımlarının edilməsinə, maliyyə əməliyyatları üçün ən yaxşı cəhətlərlə təmin etmək, müştərilərin artırılmasına kömək edir.

Lakin yadda saxlayın ki, bu bitki çalışqan və məsuliyyətli insanlara kömək edir. Əgər sizdə bu bitkidən varsa siz onu daha da güclü edə bilərsiniz. Bu bitkinin talismanları metal predmetlərdir və bitkinin yaxınlığında bürünc sikkələrdən hazırlanmış simvolik qılınc asmaq yolunuzun üstündəki rəqibləri aradan qaldıracaq.

Cənub-Şərqi Asiyada demək olar ki, hər bir bank və yaxud maliyyə təşkilatında mütləq bu bitkidən olur. Bu bitkilər burada maliyyə axınını aktivləşdirmək üçün qoyulur.

Bambuk

Ev şəraitində yetişdirilən bambuk çiçəklənmə simvolu kimi məşhurdur. O evə uğur və firavanlıq cəlb edir. Əsl zənginlik bəxş edən bambuk eyni zamanda böyük qayğı tələb etmir və ona qulluq etmək çox sadədir. Həmçinin bambuk sürətli tərəqqi, fəal başlanğıc, bütün sahələrdə inkişaf simvoludur.

Bambuk həmçinin uzun ömürlülük simvolu olduğu üçün onun sayəsində əldə edilən uğurlar da uzun ömürlü olacaq.

Nanə

Çox az insan bu adi bitkinin biznesə müsbət təsir etdiyini və pul cəlb etdiyini bilir. Orta əsrlərdə tacirlər müştəriləri cəlb etmək üçün öz mağazalarını, satış nöqtələrini nanə ilə əhatə edirdilər. İşlədiyiniz ofis də yanınıza dibçəkdə nanə qoyun və bununla da həm hava ətirli olacaq, həm də müştərilər cəlb olunacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər