10 C
Baku
Sunday, December 22, 2024

Hansı biznes-məktəblərdə qəbul müsabiqəsi daha yüksəkdir?

Ən yaxşı biznes-məktəbləri müqayisə etdikdə, qəbul olunan və olunmayan abituriyentlərin sayına diqqət yetirmək lazımdır. Bir çoxları hesab edir ki, qəbul olunan abituriyentlərin faizi həmin məktəbin ən mühüm keyfiyyət nişanıdır.

Aşağıda göstərilən rəqəmlər göstərir ki, son zamanlar abituriyentlərin sayının bir qədər azalmasına baxmayaraq, hələ də yaxşı məktəblərə daxil olmaq çətindir. Stanford – ən yüksək müsabiqəsi olan məktəblər sırasında liderdir. 2011-ci il üçün sinifləri formalaşdırarkən, məktəb abituriyentlərin yalnız 6,5%-ni qəbul etmişdir.

Siyahıda sürprizlərə də rast gəlmək olur. Kimin ağlına gələrdi ki, məsələn, 25 yaxşı biznes-məktəblərin siyahısına belə daxil olmayan University of California at Davis digər nüfuzlu məktəblərdən, məsələn Duke’s Fuqua School of Business-dən daha yüksək müsabiqəyə malik olacaq? Belə ki, sonuncu ildə  abituriyentlərinin 30,3%-ni aəbul edən Fuquadan da fərqli olaraq 21% tələbə qəbul etmişdir.

Texas A&M University и University of Florida məktəblərinə University of Chicago’s Booth School məktəblərinə olduğundan daha çox qəbul olur. Əlbəttə, fərq minimaldır, lakin əmsal hər halda Chicagodan yaxşıdır.

Məktəb Qəbul olunan şagirdlərin faizi
Orta GMAT
1. Stanford 6.5% 726
2. Berkeley (Haas) 11.0% 718
3. Harvard 12.2% 719
4. MIT (Sloan) 14.2% 711
5. NYU (Stern) 14.5% 717
6. Columbia 14.9% 713
7. UPenn (Wharton) 16.9% 718
8. Yale 18.0% 715
9. Dartmouth (Tuck) 18.8% 712
10. Northwestern (Kellogg) 19.5% 706
11. California-Davis 21.0% 684
12. USC (Marshall) 22.0% 690
13. Cornell (Johnson) 22.3% 700
14. Texas A&M (Mays) 22.7% 652
15. Michigan (Ross) 23.4% 701
16. Texas-Austin (McCombs) 23.4% 681
17. Georgia Institute of Tech 23.6% 684
18. Florida (Hough) 24.6% 684
19. Chicago (Booth) 24.8% 714
20. UCLA (Anderson) 25.0% 711
21. Virginia (Darden) 25.4% 701
22. Connecticut 26.0% 621
23. Georgia (Terry) 26.0% 646
24. Arizona State (Carey) 27.0% 673
25. Calif.-Irvine (Merage) 27.2% 675

*2011 ili üçün məlumatlar

Bu qədər fərq haradan? Çox vaxt səbəb məktəbin yerləşdiyi ərazidən asılı olur. Abituriyentlərin əksəriyyəti yaşamaq istədikləri yerdə yerləşən məktəbləri seçir. Kaliforniyada olan məktəblərin populyarlığı da elə buradan irəli gəlir. Bu yer məhz burada oxumaq və yaşamaq istəyən çox sayda abituriyentləri cəlb edir. Nyu_yorkda da vəziyyət belədir, burada ən populyar məktəblər New York University və Columbia University-dir.

Belə sürprizlərin daha bir səbəbi sərbəst seçimdir. GMAT və GPA-nın qəbul üçün orta balları olduqca yüksəkdir, ona görə də abituriyentlər ən yaxşı biznes məktəblərə üz tutmurlar. Nəticə – abituriyentlərin azalmasıdır. Eyni zamanda, 25 ən yaxşı məktəblər siyahısına düşməyən  bəzi məktəblər abituriyentləri cəlb etməkdən ötrü intensiv olaraq öz proqramlarını reklam edirlər.

Bəs Avropanın buznes-məktəbləri necə müqayisə olunur? London Business School, məsələn, qəbul etdiyi abituriyentlərin sayını açıqlamır. Yəqin səbəb ondan ibarətdir ki, Amerika məktəbləri ilə müqayisədə bu parametr üzrə onlar çox da yaxşı görsənmir.

Son xəbərlər
Digər xəbərlər