Bu il noyabrın 1-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 7 milyard 870.3 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Banker.az-a verilən xəbərə görə, əmanətlərin 7 milyard 63.9 milyon manatı Bakının payına düşüb.
Banklar tərəfindən ən az əmanət cəlbi isə Yuxarı Qarabağ iqtisadi rayonunda reallaşdırılıb – 4 557 milyon manat.
Əmanətlərin orta faiz dərəcələrinə gəlincə, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən banklar əmanətləri digər regionlar və paytaxtla müqayisədə yüksək faizlə – 5.51% cəlb edirlər. Burada milli valyuta ilə əmanətlər 6.53, xarici valyuta isə 0.78%-lə qəbul olunur.
Əmanətlər üzrə ən aşağı faizlər Naxçıvan iqtisadi rayonundadır. Bu iqtisadi bölgədə əmanət cəlbi 1.99%-lə reallaşdırılır. Milli valyuta ilə əmanətlər 2.38% ilə, xarici valyuta ilə 0.27%-lə yerləşdirilir.







