17 C
Baku
Cümə, Oktyabr 22, 2021

Hansı bölgədə banka əmanət yerləşdirmək sərfəlidir?

Bu il iyulun 1-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 7 milyard 706,4 milyon manat təşkil edib.

Mərkəzi Bankdan verilən məlumata görə, əmanətlərin 6 milyard 906,9 milyon manatı  Bakının payına düşüb.

Banklar tərəfindən ən az əmanət cəlbi isə Yuxarı Qarabağ iqtisadi rayonunda reallaşdırılıb – 17 milyon 732 min manat.

Əmanətlərin orta faiz dərəcələrinə gəlincə, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən banklar əmanətləri digər regionlar və paytaxtla müqayisədə yüksək faizlə – 4.84% cəlb edirlər.  Burada milli valyuta ilə əmanətlər 5,96, xarici valyuta isə 0,93%-lə qəbul olunur.

Əmanətlər üzrə ən aşağı faizlər Yuxarı Qarabağ iqtisadi rayonundadır. Bu iqtisadi bölgədə əmanət cəlbi 1.01%-lə reallaşdırılır. Milli valyuta ilə əmanətlər 1,01% ilə, xarici valyuta ilə 0,93%-lə yerləşdirilir.

Son xəbərlər
Oxşar xəbərlər