4 C
Baku
Thursday, March 12, 2026

Hansı bölgədə banka əmanət yerləşdirmək sərfəlidir? (Siyahı)

Bu il noyabrın 1-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 7 milyard 870.3 milyon manat təşkil edib.

Mərkəzi Bankdan Banker.az-a verilən xəbərə görə, əmanətlərin 7 milyard 63.9 milyon manatı  Bakının payına düşüb.

Banklar tərəfindən ən az əmanət cəlbi isə Yuxarı Qarabağ iqtisadi rayonunda reallaşdırılıb – 4 557 milyon manat.

Əmanətlərin orta faiz dərəcələrinə gəlincə, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən banklar əmanətləri digər regionlar və paytaxtla müqayisədə yüksək faizlə – 5.51% cəlb edirlər.  Burada milli valyuta ilə əmanətlər 6.53, xarici valyuta isə 0.78%-lə qəbul olunur.

Əmanətlər üzrə ən aşağı faizlər Naxçıvan iqtisadi rayonundadır. Bu iqtisadi bölgədə əmanət cəlbi 1.99%-lə reallaşdırılır. Milli valyuta ilə əmanətlər 2.38% ilə, xarici valyuta ilə 0.27%-lə yerləşdirilir.

56

Son xəbərlər
Digər xəbərlər