2 C
Baku
Sunday, December 15, 2024

Hansı bölgədə banka əmanət yerləşdirmək sərfəlidir? (Siyahı)

Bu il oktyabrın 1-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 7 milyard 834.3 milyon manat təşkil edib.

Mərkəzi Bankdan Banker.az-a verilən xəbərə görə, əmanətlərin 7 milyard 52.9 milyon manatı  Bakının payına düşüb.

Banklar tərəfindən ən az əmanət cəlbi isə Yuxarı Qarabağ iqtisadi rayonunda reallaşdırılıb – 13 439 milyon manat.

Əmanətlərin orta faiz dərəcələrinə gəlincə, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən banklar əmanətləri digər regionlar və paytaxtla müqayisədə yüksək faizlə – 5.10% cəlb edirlər.  Burada milli valyuta ilə əmanətlər 6.15, xarici valyuta isə 0.90%-lə qəbul olunur.

Əmanətlər üzrə ən aşağı faizlər Yuxarı Qarabağ iqtisadi rayonundadır. Bu iqtisadi bölgədə əmanət cəlbi 1.40%-lə reallaşdırılır. Milli valyuta ilə əmanətlər 1.42% ilə, xarici valyuta ilə 0.81%-lə yerləşdirilir.

bg

Son xəbərlər
Digər xəbərlər