15 C
Baku
Friday, March 29, 2024

Hansı daha üstündür -iradə ya intellekt?

1.  İradənin gücü intellektdən daha vacibdir. Hətta o qədər də iti düşüncə qabiliyyəti olmayan, lakin iradəli insanlar daha çox şeyə nail olur, nəinki çox ağıllı, amma xarakter baxımından zəif insanlar yolun yarısından qayıtmağa daha meyillidirlər. Ideal halda isə ağıl və iradə bir biri ilə tarazlıq yaratmalıdır. Napoleon əsl sərkərdə olmaq üçüm lazım olan keyfiyyətlər kompleksini əsası və qüvvəti bir bir-birinə bərabər olan kvadrata bənzədirdi, o bu zaman əsas deyəndə insan xarakterini, cəsarət və hünəri, qüvvət deyəndə isə ağıl, zəka və intellektual keyfiyyətləri nəzərdə tuturdu. Əgər xarakter ağıldan güclü olsa, sərkərdə özünə çox arxayın olacaq və lazım olduğundan daha uzaq gedəcək. Əgər ağıl xarakterdən güclü olsa, onda əksinə, onun düşündüyü planı yerinə yetirməyə cəsarəti çatmayacaq.

 2.    275 min insanın iştirak etdiyi 200 elmi tədqiqatın nəticəsi göstərir ki, xoşbəxtlik insanı uğura, uğur isə yenə də xoşbəxtliyə aparır. Mexanizm çox sadədir: insan xoşbəxt olanda özünün daha yaxşı hiss edir, o daha aydın düşünə bilir və ətrafdakıların da xoşuna gəlir. Beləliklə uğura nail olmaq üçün, hal-hazırda əlində olanlardan zövq almağı bacarmaq lazımdır. Bunu öyrənmək mümkündür.

3.    Çətin xarakterə malik (konfliktə meylli, tərs, nisbətən ədəbsiz) insanlar daha çox qazanır və daha yaxşı kredit tarixçəsinə malik olur, nəinki xeyirxah və konfliktdən qaçan insanlar. Səbəb: xeyirxahlıq və konfliktdən qaçma adətən insanın xarakterinin zəifliyindən məlumat verir.

4.    Insanın intellektual keyfiyyətləri onun artımına həmişə müsbət təsir göstərir.

5.    Arıq cüssəli qadınlar, dolu və nisbətən artıq çəkili xanımlar ilə müqayisədə daha çox qazanırlar. Kişilər üçün isə tərs asılılıqdır: nə qədər kök və böyük olarsa, gəlir bir o qədər çoxdur. Əlbəttə ki söhbət sağlam və təbii çəkidən gedir. Ifrat dərəcədə artıq çəki qadınların gəlirləri üçün olduğu kimi elə kişilərin də gəlirləri üçün zərərlidir.

6.    Ailəli kişilər, yəni evlilər subaylara nisbətən daha çox qazanır (çünki onların tələbatları da daha çoxdur).

7.    Asan tələffüz olunan və ürəyə çox yatan adları olan insanlar daha asan iş tapır, onlar ətrafdakılara daha xoş təsir bağışlayır. Nikaha daxil olarkən öz qızlıq soyadlarını saxlayan xanımları daha səriştəli, peşəkar, ambisiyalı və ən əsası müstəqil insan kimi qəbul edirlər. Bu onlara iş axtarışı prosesində üstünlük qazandırır və son nəticədə onlar daha yüksək  gəlir əldə edirlər.

8.    Içən insanlar (təbii ki, ağılla yol verilən həddə) daha çox qazanır, nəinki tamamı ilə içkidən imtina edənlər. Izahat: alkoqol sizə sosial əlaqələri genişləndirmək imkanı verir. Siqaret çəkənlər isə əksinə, çəkməyənlərdən daha az qazanır.

9.    Gözəl insanlar öz cəzbedici xarici görünüşləri və özlərinə inamları sayəsində daha çox qazanc əldə edirlər. Gözə çarpmayan zahiri görünüşü özünə baxımlılıq kompensasiya edə bilər, istər qadın olsun, istər kişi, insan özünə baxımlı olmalıdır. Unutmayın ki, zahiri görünüş sizin özünüz haqqında ilkin təqdimatınızdır və adətən ilkin təəssürat çox böyük rol oynayır.

Son xəbərlər
Digər xəbərlər