14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Hansı dövlət orqanında işləməyə maraq çoxdur? – AÇIQLAMA

faizlere

DQMK-nın elan etdiyi müsabiqələr üzrə 6368 namizəd qeydiyyatdan keçib.

12 və 19 iyul 2016-cı il tarixində 32 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 284 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqələr üzrə namizədlərin qeydə alınması başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) verilən məlumata görə, müsabiqələr üzrə 6368 namizəd qeydiyyatdan keçib.

Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2285 nəfər) və Dövlət Statistika Komitəsi (1065 nəfər) olub. Ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) olan vakant vəzifələr Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Hüquqi təminat şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda olan aparıcı məsləhətçi vəzifəsi (434 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təşkilat-protokol şöbəsinin Təşkilat sektorunda olan məsləhətçi vəzifəsi (345 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin Təsərrüfat sektorunda olan məsləhətçi vəzifəsi (330 namizəd), Dövlət Statistika Komitəsinin İnsan resursları və hüquq şöbəsinin İnsan resurslarının idarə edilməsi sektorunda olan məsləhətçi vəzifəsi (228 namizəd) və Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi (tərcüməçi) vəzifəsi (204 namizəd) olub.

Oxu.az

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər