11 C
Baku
Monday, November 25, 2024

Hansı evləri almaq olmaz?

Adətən alıcılar daşınmaz əmlak nümunəsi alarkən ilk olaraq onun qiyməti, harada yerləşməsi, planlaşdırılması, tutduğu ərazi və infrastrukturun hansı formada olmasına diqqət yetirirlər. Əslində isə, ilk olaraq əsas diqqəti sənədlərə yönəltmək lazımdır. Əks təqdirdə isə heç nəsiz, əli boş qala bilərsiniz.

Daşınmaz əmlak almaq əhəmiyyətli dərəcədə vəsait tələb edən bahalı bir addımdır. Lakin bəzi hallarda, hətta bütün tələblərinizə cavab verən mənzili tapmağınıza baxmayaraq, onu almağa dəyməz. Hansı hüquqi hallarda evi almaqdan imtina etməli olduğunuzu araşdırmağa çalışaq.

Etibarnamə əsasında satış

İstənilən müqaviləni evin faktiki sahibi ilə bağlamaq lazımdır. Bir faktı yadda saxlayın ki, istənilən etibarnamə müddət bitmədən də evin sahibi tərəfindən notariusda ləğv edilə bilər. Bu zaman məsələni məhkəmədə həll etmək mərhələsi başlanır. Bu zaman digər bir vacib nüansı diqqətinizə çatdıraq ki, evin əsl sahibi bütün bunlardan xəbərsiz, və yaxud artıq dünyasını dəyişmiş bir şəxs ola bilər.

Qeyri-qanuni planlaşdırma

Bu çatızmazlıq gələcəkdə bir çox ciddi problemlərə yol aça bilər. Bu evin yeni sahibinin mənzilini satmaq və yaxud banka girov olaraq təqdim etmək istədiyi təqdirdə baş verə bilər. Yaranmış problemin həll edilməsi üçün çoxlu vəsait tələb olunacaq. Lakin müəyyən hallarda hətta evdən də məhrum edilə bilərsiniz. Buna görə də, qanunla rəsmiləşdirilmiş planda olan obyektləri almaq lazımdır.

Mənzildə kirayə qalan bir şəxsin olması

Bir zamanlar onu özəlləşdirməkdən imtina etmiş şəxsin qeydiyyatda olduğu mənzili almaq olmaz. Qanunvericiliyə əsasən, belə vətəndaşlar ömürlük olaraq ondan istifadə haqqına sahibdirlər. Digər bir problem isə keçmiş istifadəçi tərəfindən vəsiyyətnamənin yazılmış olmasıdır.

Son xəbərlər
Digər xəbərlər