“Bəzən vətəndaşlar elə düşünür ki, onun yaşı tamam olubsa, avtomatik qaydada əmək pensiya təyin olunmalıdır. Amma bu, belə deyil”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.
O qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, qeyd olunan dövrlərdə sığorta kapitalı olarsa, avtomatik qaydada pensiya təyinatı olur:
“Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya hüququnun olub-olmaması araşdırılaraq məlumat verilir”.