Hansı halda malı 14 gün ərzində qaytarmaq olar?
Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı onu alındığı yerdən malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində lazımı keyfiyyətli mala dəyişdirmək hüququna malikdir.
Eyni zamanda malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçının dəyəri yenidən hesablamaqla, istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququ vardır.