7 C
Baku
Thursday, December 12, 2024

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

“Bəzən işçilərin əmək haqqlarından müəyyən tutulmalar həyata keçirilir ki, bu da narazılıqlara səbəb olur”.

Bunu vəkil Vamiq Şükürov bildirib.

Vəkil əməkhaqqından hansı hallarda tutulmalar ola biləcəyinə aydınlıq gətirib: “Məsələn, vətəndaş hansısa bir şəxsə borcludur. Məhkəmə qərarı ilə həmin borcun tutulması barədə qərar qəbul olunub və icra şöbəsinə göndərilib. İcra şöbəsi əməkhaqqından pul tutulması üçün vətəndaşın işlədiyi iş yerinə məktub göndərir və mühasibatlıq onun əməkhaqqından pul tutur. Göründüyü kimi, ortada bir məhkəmə qərarı və icra sənədləri var. Ona görə də, vətəndaşın əməkhaqqından pul tutulmalıdır.

Yaxud vətəndaş işəgötürənə iş yerində zərər vurub və vurduğu zərər aldığı bir aylıq əməkhaqqından artıq deyildir. İşəgötürən vətəndaşın əməkhaqqından pul tutaraq həmin zərəri qarşılaya bilər. Digər tərəfdən, əgər ezamiyyətə çıxan işçi ona verilən və artıq qalan ezamiyyət pulunu xərcləyərsə, bu məbləğ onun əməkhaqqından tutula bilər. Həmçinin işçilərin əməkhaqqından sosial sığorta və vergilər tutulur”, – deyə vəkil bildirib.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər