7 C
Baku
Thursday, December 12, 2024

Hansı hallarda ev almaqdan imtina etmək lazımdır?

Bir çox insan mənzili həyatında yalnız bir dəfə alır və çox istərdik ki, bu da istənilməz surprizlərlə nəticələnməsin.

Hansı hüquqi hallarda şübhəli alışlardan çəkinmək lazımdır?

Əgər daşınmaz əmlakın seçilməsi və alınmasında heç bir hüquqi eksperti işə cəlb etmədən özünüz qərar verirsinizsə onda bir neçə vacib məsələyə diqqət yetirməlisiniz.

Bunlar sizə gələcəkdə yarana biləcək problemlərdən uzaq olmaqda köməklik edəcək.

Birincisi. Etibarnamə ilə daşınmaz əmlak almayın. Bir çox hallarda ev sahibi çox məşğul, yaxud xəstəxanada, yaxud da ölkədən kənarda olduğunu deyərək alıcı ilə əlaqə yaratmır.

Etibarnamə ilə ev almaq çox təhlükəlidir, çünki ev sahibi istənilən vaxt notariusa gedərək onu ləğv edə bilər. Əgər hətta evin yeni sahibi pul ödəyərək mülkiyyət hüququ haqqında şəhadətnamə alsa da, evin əvvəlki sahibi məhkəmədə buna asanlıqla etiraz də bilər. Çünki əməliyyat etibarnamə ilə həyata keçirilib.

İkincisi. Təmirli mənzil. Mənzilə ilk baxışdan baxdıqda onun son zamanlarda təmir olunub olunmamasını müəyyən etmək çətindir. Buna görə də ev sahibindən evin son zamanlarda təmir olunduğunu sübut edən sənədləri tələb edə bilərsiniz. Bu sizin gələcəkdə problemlərdən və artıq xərclərdən uzaq olmağa köçək edəcək.

Son xəbərlər
Digər xəbərlər