24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Hansı hallarda mülkiyyətdə olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır?

Aşağıdakı hallarda mülkiyyətdə olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergiyə cəlb olunmur:

– Fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

– Fiziki şəxsə daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi;

– Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar fiziki şəxslərə kompensasiyanın ödənilməsi;

– Əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;

– Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi.

Əsaslandırma: Vergi Məcəlləsinin 218-1.1.5-ci maddəsi

Son xəbərlər
Oxşar xəbərlər
X