Bildiyiniz kimi banklar kreditlərinin çoxunu fiziki şəxslərin zəmanəti əsasında verilir. Əgər borcalan bankdan götürdüyü məbləği geri qaytarmaqdan imtina edərsə, kreditorlar pulu zamindən tələb etməyə başlayır və ya borcu borcalanın mülkiyyətinə yönəldir.
Borcalanın zərəri kompensasiya etməkdən imtina etdiyi təqdirdə zaminin həmin şəxsi, yəni borcalanı məhkəməyə verməyə tam hüququ vardır, o məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər, bu zaman onun mütəmadi olaraq, ödənişləri həyata keçirməsini təsdiqləyən sənədlər də lazım olacaqdır. Ödəniş qəbzlərini, həmçinin borcalandan kompensasiya tələbi ilə bağlı sifariş məktubunu məhkəməyə müraciət ərizəsinə əlavə etmək lazımdır.
Bəs hansı hallarda zaminliyə xitam verilə bilər?
Bir çox vaxt üzləşilən məsələlərdən biri də odur ki, borclu hər hansı səbəbdən öhdəliyini icra edə bilmədikdə kreditorla müəyyən razılaşmaya gəlir. Misal üçün bu razılaşmalara kreditin müddətinin uzadılması, öhdəliyin dəyişdirilməsi və yaxud zamin üçün digər əlverişsiz nəticələr aiddir. Bu zaman isə zaminlik öhdəliyinə xitam verilməsini nəzərdə tuturlur. Zaminliyin xitam olunması haqqında Mülki Məcəllənin 477 maddəsində daha ərtaflı qeyd olunub.
Aşağıdakı hallar baş verdiyi zaman zaminliyə xitam verilir:
Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. (477.0.1)
Zaminliyə xitam verilməsi ilə bağlı digər hal isə kreditorla razılaşma olmadığı zaman baş verə bilər. Yəni əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilir. Bu zaman isə həmin şəxsin zaminliyinə xitam verilir. (477.0.2)
Zaminlik halına start verilməsi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı zaman da verilə bilər. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (477.0.4)
Sonda isə kiməsə etibar edib zamin durmadan əvvəl yaxşı düşünməsi məsləhət görürük. Zaminlik müqaviləsi bağladığınız zaman onun şərtlərinin yaxşı oxuyun və daha diqqətli olmağa çalışın. Çünki, artıq günümüzdə bir çox dolandırıcı insanlar ilə darşılaşmağımız bizdən daha diqqətli olmağı tələb edir. Əks halda qarşılaşacağınız problemlər qaçılmaz ola bilər. Və təbii ki, heç bir zaman tanımadığınız, etibar etmədiyiniz və sizə hər hansı pisliyi dəyə biləcək insanlara zaman durmaqdan imtina edin.
Maddə 477.