19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Hansı hüquqi şəxslər əmlak vergisi ödəməkdən azaddırlar?

Screen Shot 2021 09 02 at 14.34.20

Vergitutma obyekti olan rezident müəssisələr və respublikada özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləri sayılır. Bəs hansı müəssisələr əmlak vergisini ödəməkdən azaddır və ya onlara güzəşt verilib?

Bu aktual mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

R.Atakişiyev bildirib ki, müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 faiz azaldılır. Eyni zamanda, əmlak vergisi ödəməkdən azad olanlar sırasında əlilliyi olan şəxslərin qeyri – hökumət təşkilatları da var.

Qeyd olunub ki, investisiya təşviqi sənədini almış hüquqi şəxs həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Mikro sahibkarlıq subyekti olan şəxslər də əmlak vergisini ödəməkdən azad olunublar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla). Həmçinin KOB klaster şirkətləri reyestrə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər