24 C
Baku
Thursday, April 18, 2024

Hansı könüllü sığorta növü üzrə problemlər yaşanır?

Qəzalar avtomobillə yanaşı yol təsərrüfatına da ziyan vurur

Yol qəzaları avtomobillə yanaşı, yolların asfalt örtüyü, elektrik dirəkləri, yolayrıcı məhəccərlər və digər qurğularını da  zədələyir.  Bu məsələ ilə bağlı qanunvericilik aktında qeyd olunur ki, “Qəza törədib yola ziyan vuran sürücü dəymiş ziyanı ödəməlidir”. Sığorta şirkətləri  bu situasiyada sürücünü hansı şəkildə müdafiə edir? Problemlər nədən ibarət olur?

Zərər böyük, ödənilmiş məbləğ isə az

2012-ci ildə yol təsərrüfatına 3 milyon manat ziyan vurulub. Dəymiş zərər görə ödənilmiş məbləğ isə 44 min manat olub. 2013-cü ildə isə dəymiş zərər 2,5 milyon manat olmasına baxmayaraq ödənilmiş məbləğ 190000 manat təşkil edib.

Ekspertlər düşünür:

Ekspertlər qeyd edir ki, bu sahə üzrə könüllü sığorta müqaviləsi imzalayarkən problemlər özünü göstərir. İcbari sığortada yol təsərrüfatına vurulmuş zərərlə bağlı mübahisəli məqamlar ortaya çıxmır. Ona görə ki, icbari sığorta şəhadətnaməsi hər bir halda yol və ya dövlət və bələdiyyə əmlakına vurulan zərəri ödəyir. Vətəndaş mülki məsuliyyətini könüllü şəkildə sığorta etdirirmiyibsə, bu halda problemlər yaşanır.

 

 

Son xəbərlər
Digər xəbərlər