16 C
Baku
Monday, May 20, 2024

Hansı ödənişlər gəlirdən çıxılan xərclərə aid edilmir?

İşəgötürənin işçiyə borc verdiyi məbləğ işçinin gəliri kimi hesablanıb sosial və digər məcburi ödənişlərə cəlb olunurmu? İşçi borcu qaytara bilməsə, şirkət həmin məbləği işçiyə bağışlayaraq, gəlirdən çıxılan xərclərə daxil edə bilərmi?

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda – həmin borcun və ya öhdəliyin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur və ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanır.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunan ödənişlər gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər