7 C
Baku
Monday, March 4, 2024

Hansı ölkələrlə ticarət balansımızda müsbət saldo yaranıb? – TOP 10

Azərbaycanın xarici ticarət balansında ən yüksək müsbət saldo göstəricisi İtaliya ilə ticarətdə qeydə alınıb. Belə ki, Azərbaycan İtaliyaya $12 mlrd. 828 mln. 246.53 min dəyərində ixrac edib, İtaliyadan idxal isə $202 mln. 965.75 min dəyərində olub. Azərbaycanın bu ticarətdən müsbət saldo göstəricisi $12 mlrd. 625 mln. 280.78 min olub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin 2022-ci ilin ilk 8 ayını əhatə edən hesabatına istinadən xəbər verir.

Müsbət saldo göstəricilərində sonrakı sıralarda Hindistan, İsrail və Türkiyə gəlir. Hər 3 ölkə ilə müsbət ticarət saldomuz $1 mlrd.-dan yüksəkdir. Bu ölkələrlə ticarətdən müsbət saldomuz müvafiq olaraq $1 mlrd. 228 mln. 783.3 min, $1 mlrd. 162 mln. 521.52 min və $1 mlrd. 32 mln. 12.69 min təşkil edib.

Xarici ticarətimizdə ən yüksək müsbət saldo TOP 10-luğunda 5-ci yerdə Yunanıstandır – $850 mln. 467.6 min.

Sıralama belə davam edir: Böyük Britaniya ($613 mln. 250.06 min), Xorvatiya ($585 mln. 298.09 min), Çexiya ($550 mln. 854.47 min), Portuqaliya ($537 mln. 867.17 min) və Tunis ($404 mln. 392.93 min).

Son xəbərlər
Digər xəbərlər