ABŞ digər ölkələrdən daha gec, yəni 1 oktyabr 2015-ci il tarixində çipli plastik kartlara keçid etdi. Bununla yanaşı, EMV-ə keçiddən 1 il sonra ölkədə 360 milyondan daha çox çipli Visa kart buraxılıb. Bu bütün digər ölkələrin sahib olduğu göstəricidən çoxdur.
Çipli kartlara keçid heç də asan olmadı. Belə ki, ticarət nümayəndələri yeni terminallar quraşdırmaq istəmirdilər, alıcılar uzun sürən tranzaksiyalardan şikayət edirdilər, nəhəng ticarət şəbəkələri isə ödəniş prosesində yaranan problemlərlə bağlı fikir ayrılığına görə Visa şirkətini məhkəməyə vermişdilər.
Bütün bunlara baxmayaraq, mikroprosessorlu kartlardan geniş şəkildə istifadə edildiyinə görə ölkədə plastik kartlarla həyata keçirilən fırıldaqçılıq halları səviyyəsi enir. Bütünlüklə yeni terminala keçid edən ticarət nümayəndələri təhlükəli vəziyyətlərin 47% enməsi haqqında məlumatlar ilə bölüşmüşlər.
Yeni kartların iştirakı ilə həyata keçirilən tranzaksiyaların sayı isə artmağa davam edir. Tək avqust ayında çipli kartlarla yarım milyard dollardan çox ödəniş faktı qeydə alınıb. Bu bir il əvvəl ki, göstəricidən 1000% daha çoxdur.
Riteylerlərin isə təqribən 80%-i 2017-ci ilə qədər yeni kartlarla əlaqədar yeni terminalların quraşdırılmasını planlaşdırır.
Əvvəllər verilən məlumata görə, bu cür ödəniş sistemi dünyada ən geniş yayılan ödəniş sistemi elan edilmişdi. Onun kartları 42 milyon ticarət nöqtəsində qəbul edilir.
Qeyd edək ki, rəqəmsal tranzaksiyaların həcmi artmağa davam edir. Gözləntilərə əsasən, belə əməliyyatların illik artımı 10%-i geridə qoyacaq və ilk dəfə olaraq 426,3 milyard tranzaksiyaya çatacaq. Bu nəticəyə isə Capgemini və BNP Paribas ekspertləri gəlmişlər.








