17 C
Baku
Saturday, October 5, 2024

Hansı ölkədə milyoner olmaq daha asandır?

The Economist jurnalının “Hansı ölkədə milyoner olmaq daha asandır?” araşdırmasının nəticələrinə görə ABŞ ilk pilləyə yiyələnmişdir. Burada milyoner olmaq üçün sizə ən az 20 il lazım olacaq. Bundan əlavə, ikinci pillədə Norveç, üçüncü pillədə isə İsveçrə qərarlaşmışdır.

Müətəxəssislər müəyyən bir ölkədə orta dərəcəli əmək haqqı alaraq neçə ilə milyoner olmağın mümkün olduğunu araşdırmışalr. Təhlil 20 dövlət əsasında aparılmışdır. Araşdırma gedişində yalnız əmək haqqı nəzərə alınmaqla, digər gəlir mənbələrindən – maliyyə bazarına yatırım, miras və s. istifadə edilməmişdir.

Avstraliya, Danimarka, Kanada və Yaponiyada milyoner olmaq üçün 25-30, Fransada 40, Türkiyədə 240, Meksikada 305, Ruminyada 349 il lazımdır.

Harada milyoner olmaq daha asandır:

1. ABŞ
2. Norveç
3. İsveçrə
4. Avstraliya
5. Danimarka
6. Kanada
7. Yaponiya
8. Fransa
9. Almaniya
10. Böyük Britaniya

Son xəbərlər
Digər xəbərlər