16 C
Baku
Monday, April 29, 2024

Hansı ölkələrdə “qəpiklə” də dolanmaq olar?

Dünya ölkələrini səyahət edərkən bu ölkələrin yeni və ekzotik, əfsanəvi, tarixi məkanları ilə yanaşı biz həm də bu ölkələrdəki qiymətlərə də diqqət yetiririk. Öz ölkəmizdəki qiymətlərlə bu ölkələrdəki qiymətləri müqayisə etdikdə bəzən şok nəticələr də əldə edə bilərik. Bir çox ölkələr var ki, bu ölkələrdə “qəpiklə” də dolanmaq mümkündür.

Əvvəlcədən qeyd edək ki, burada “qəpiklə dolanmaq” ifadəsi – gün ərzində istifadə olunan bir neçə ABŞ dollarının ekvivalentidir. Məhz bu prinsip əsasında dünyanın cənnət guşələrinin reytinqi müəyyən olunub. Əgər yaşayış üçün belə maliyyə şərtləri sizə də uyğundursa onda Asiya və Mərkəzi Amerikanın bir sıra əraziləri sizin yolunuzu gözləyir!

Tailand

Ekzotik və sirli bu ölkə arzulayanların yolunu gözləyir. Buraya gəldikdə ilk olaraq Çanq Mey adlı ərazidən başlayın. Burada möhtəşəm təbiət ilə əhatə olunmuş çox ucuz ev tapa bilər və bir otağını kirayə etdikdə ayda cəmi 30 dollar ödəyə bilərsiniz. Otaq kirayə etdiyiniz bu mənzil ya dənizin sahilində, ya da ona yaxın ərazidə yerləşəcək. Burada yerli bazarlardan meyvə, tərəvəz, ət və digər məhsullar əldə edə bilərsiniz. Həmçinin bu qida məhsullarının da qiyməti yüksək deyil.

Kamboca

Burada sərfəli mənzil kirayə etməyin dəyəri 200 dollardır. Bir neçə il əvvəl qiymətlər iki qat aşağı idi, lakin böyük miqdarda turist axını daşınmaz əmlakın qiymətlərinin qalxmasına səbəb oldu. Qənaət etmək üçün dostlarınız və tanışlarınızla ortaq mənzil kirayə edə bilərsiniz. Restoranlarda qidanın qiyməti təxminən 2 dollar, yerli kiçik yeməkxanalarda isə 1 dollardır.

Filippin

Bu ölkənin böyük şəhərlərində kirayə qiymətləri 360 dollar həcmindədir. Bir çoxları yaşamaq üçün Sebunu seçirlər. Bu Filippin ərazisində inkişaf etmiş turist qəsəbələrindən biridir. Burada hər şey var – böyük mağazalar, qolf meydançaları, qumlu çimərliklər, əyləncə və istirahət məkanları. Burada mənzil kirayəsi 150 dollaradır. Dumaguete kimi səs-küylü şəhərlərdə hətta 40 dollara da mənzil kirayə etmək mümkündür. Burada həmçinin qida məhsullarının, spirtli içkilərin və tütün məhsullarının qiymətləri də sizi sevindirəcək. Bir ay üçün sizə 200 dollar bütünlüklə kifayət edər.

Kosta-Rika

Möhtəşəm ekzotik təbiətə və mədəniyyətə malik, 12 müxtəlif iqlimli əraziləri ilə məşhur olan növbəti bir ölkə həm də ucuz yaşayış şərtlərinə görə də məşhurdur. Məsələn, San-Xose adlı yerdə olan qiymətlər dünyada mövcud olan ən ucuz qiymətlər hesab olunur. 500-600 dollara bir ay ərzində dilədiyiniz kimi yaşaya bilərsiniz. Şəhərin 75 kilometrliyində bir ay üçün 250 dollar ödəyərək böyük və rahat ev əldə edə bilərsiniz.  Burada restoranlarda naharın qiyməti 4 dollardır. Özünüz yemək hazırlamaq üçün bazarlardan alış-veriş etsəniz bu sizə cəmi 50 sentə başa gələcək.

Beliz

Bu ölkə 1981-ci ildə müstəqillik əldə edib və bu zamana qədər Britaniya Hondurası adlanırdı. Bu ölkə də öz təbiət gözəlliklərinə görə dünyanın cənnət guşəsi hesab olunur. Məhz ölkənin gözəlliyi külli miqdarda turisti özünə cəlb edir və statistikaya görə burada artıq 10 min turist var. Bu ölkədə bir ay ərzində 500 dollar xərcləyərək yaşamaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər