İş yerindən məmnunluq duymaq hissinə təsir edən bir neçə amil mövcuddur, məsələn, şirkət ilə emosional bağlılıq, kollektivdə hökm sürən mühit və iş yerinin texniki cəhətdən təchizat səviyyəsi.
Edenred-Ipsos Barometrinin araşdırmasında dünyanın 15 ölkəsindən 14 000 nəfər iştirak edib. Ümumilikdə, sorğu iştirakçılarının 71%-i özünü iş yerində xoşbəxt hiss edir.
Araşdırmaçılar işdən məmnunluq və razılıq səviyyəsini 3 əsas cəhət üzrə qiymətləndiriblər: əmək şərtləri, tanınma və emosional məmnunluq.
Sahib olduğu işinə görə özünü xoşbəxt hiss edən insanların yaşadığı 10 ölkə və əməkdaşların məmnunluq faizi:
1.Hindistan – 88%
2.Meksika – 81%
3.Çili – 77%
4.Braziliya – 77%
5.Almaniya – 74%
6.Çin – 71%
7.Polşa – 70%
8.İspaniya – 68%
9.İtaliya – 63%
10.Yaponiya – 44%