Lixtenşteyn hökumət nümayəndələri çox maraqlı bir addım atıblar, onlar öz ölkələrini yüksək təminatlı turistlərə gündəlik kirayəyə verirlər Bu əsrarəngiz krallıqda unikal, unudulmaz tətil keçirmək və ya sevdiyiniz qadında, ya da dostlar və ya işgüzar həmkarlarınızda gözəl təəssüratlar oyatmaq istəyirsinizsə gün ərzində 70 000 dollardan keçməyə hazır olun.
Lixtenşteyn Avropanın ən balaca –cırtdan ölkəsidir, onun sahəsi 160 kvadrat kilometrdir. Burada təqribən 35000 insan yaşayır.
Icarəçi Alp dağlarının başgicəlləndirici mənzərələri və Lixtenşteyn qala və qəsrlərindən inanılmaz dərəcədə zövq ala bilər. Ötən il məşhur və qalmaqalçı reper Snoop Dogg ölkəni kirayələməyə cəhd etmiş, lakin hökumət dairələrini onun bu təklifinə rədd cavabı vermişlər, sövdələşmənin məbləği isə açıqlanmır.
Bundan əlavə icarəçinin 150 nəfər qonağı rahat yerləşdirmək imkanı vardır, həmçinin o şəxsi pul vahidini və yol hərəkət nişanlarını də tətbiq edə bilər. Yeni gerbin tətbiqi və ya «ölkənin yeni knyazının seçilməsi» ilə bağlı müxtəlif mərasimlərin keçirilməsi isə sizdən əlavə kapital qoyuluşu tələb edəcək. Knyazlığın icarəyə verilməsinə baxmayaraq, sakinlər yenə də əvvəlki kimi öz yerlərində yaşayırlar.
Qonaqların şənlənməsi üçün nəzərdə tutulmuş tədbirlər sırasında atəşfəşanlıq, kirşə və xizəklərdə gəzinti, paytaxt – Vaduts şəhəri boyunca arabalar ilə səyahətlər, 1 kilometr hündürlükdə günəşin qürub etməsini izləmək və s aid etmək olar. Həmçinin şərabların dequstasiyası və kral şərab zirzəmilərinə ekskursiyalar da qonaqlara təklif edilən xidmətlərə daxildir. Burada dünyanın ən zərif və nəcib saxlanılır. Aktiv əyləncə növlərini sevənlər üçün isə dağ yamaclarında xizək yarışları, snoubord və s fəaliyyət göstərir.
Ölkəni kirayə götürmək niyyəti barədə hökumət dairələrinə planlaşdırılmış səfər tarixindən ən azı 6 ay öncədən xəbərdarlıq etmək lazımdır. Səfərdən imtina etdiyiniz təqdirdə cərimə miqdarı ilkin ödənişin 50%-i həcmində olacaq.