11 C
Baku
Tuesday, November 26, 2024

Hansı rəng birinci yerdədir?

Təqdim olunan bu test professor Maks Lüşerin elmi əsərlərinə əsaslanır.

Məqaləni oxumazdan əvvəl düşünün, siz hansı rəngi birinci yerə qoyar, hansını  sonuncu yerə ötürərdiniz: boz, mavi, yaşıl, qırmızı, sarı, bənövşəyi, qəhvəyi, qara. 

Boz

Əgər siz boz rəngə  üstünlük verirsinizsə, – ideal rahatlıq və daxili sabitliyinizi qoruyub saxlamaq üçün şüurlu olaraq xarici təsirlərdən uzaqlaşırsınız. Əgər boz rəng sizin üçün axırıncı yerdədirsə, siz daha çox təcavüzakr, olduqca yaradıcı və həvəskar şəxssiniz.

Mavi

Mavi rəng – həssas, nəyə isə bağlı, sədaqət və vəfa rəmzidir. Mavi rəngi birinci yerdə görənlər uğursuz dəqiqələrdə dərhal qəmlənirlər. Əgər siz qəti olaraq mavi rəngini atırsınızsa, bu o deməkdir ki, daxili sakitlik və dəyişikliklər arzusu sizə depressiyadan və passivlikdən çıxmağa kömək edəcək.

Yaşıl

Bu rəngi birinci yerə qoyanlar düzgündürlər, özünü ideallaşdırmağa meyillilik aşkar edir,  eyni zamanda “başqalarını da yaxşılaşdırır”lar. Yaşıl rəngi qəti olaraq atan insanlar ətrafdakıların onlardan çox şey tələb etdiklərindən şikayət edirlər.

Qırmızı

Siz qirmızı rəngi birinci yerdə görürsünüzsə, deməli öz emosional hisslərinizi intensivləşdirmək istəyirsiniz.  Bu rəngi istisna edənlərin hamısı bunu ona görə edir ki, təcavüzə qarşı nifrət duyurlar.

Sarı

Sarı rəngi birinci yerə  qoyanlar sərbəstliyə can atır, xoşbəxt həyata ümid bəsləyirlər. Bu rəngi sevməyənlərdə sabitlik və psixoloji sərbəstlik çatışmır.

Bənövşəyi

Bənövşəyi rəngi sevənlər öz ətraflarında harmoniya və razılıq atmosferi yaradır, lakin qərarlar qəbul edərkən bəzən tərəddüd edirlər. Bu rəngi sonuncu yerdə görənlər hiss və həyəcanlar üçün şüursuz qəmə qərq olurlar.

Qəhvəyi

Sevimli rəng kimi bu, dincəlməyə, zəifləməyə güclü tələbat deməkdir. Bu rəngi sevməyənlər hər cür adiliyi və ətaləti kənara atırlar.

Qara

Qara rəngi birinci yerdə görənlər taleləri ilə mübarizədə tez-tez məğlubiyyətə uğrayanlardır. Əgər siz qara rəngi sonuncu yerdə görürsünüzsə, deməli heç nədən imtina etmirsiniz, lakin bununla da risl edir, həyatdan çox şeylər gözləyirsiniz.

Son xəbərlər
Digər xəbərlər