Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artırılaraq 5453,1 milyon manata çatdırılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-ci il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir. Onların 64,8 faizi yaşa, 22,9 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 540,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 49,7 faizinə bərabər olub.
Ən yüksək orta pensiya alan TOP-10 ərazi
- Bakı şəhəri – 740.24 manat
- Naxçıvan MR – 506.01 manat
- Zəngilan rayonu – 458.81 manat
- Şirvan şəhəri – 457.02 manat
- Sumqayıt şəhəri – 451.76 manat
- Siyəzən rayonu – 450.69 manat
- Şuşa rayonu – 448.94 manat
- Gəncə şəhəri – 444.44 manat
- Abşeron rayonu – 444.14 manat
- Qubadlı rayonu – 434.95 manat
Ən aşağı orta pensiya alan TOP-10 ərazi
- Xocalı rayonu – 399.61 manat
- Balakən rayonu – 405.58 manat
- Xızı rayonu – 409.59 manat
- Ağdam rayonu – 410.92 manat
- Biləsuvar rayonu – 411.30 manat
- Masallı rayonu – 411.44 manat
- Zaqatala rayonu – 411.47 manat
- Astara rayonu – 411.75 manat
- Xocavənd rayonu – 412.33 manat
- Ucar rayonu – 412.55 manat








