8 C
Baku
Monday, November 18, 2024

Hansı rayonlarda orta aylıq pensiya daha yüksəkdir?

2023-cü il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1094.6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir. Onların 64.2 faizi yaşa, 23.6 faizi əlilliyə, 12.2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.7 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 17.3 faiz artaraq 436.3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47.4 faizinə bərabər olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 594 manat 38 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Naxçıvanda verilib. Burada orta aylıq pensiya məbləği 405 manat 22 qəpik olub. Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Zəngilan (394.58 manat), Şirvan (376.53 manat), Şuşa (371.68 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Sabirabad rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 304 manat 39 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Ağdaş və Xaçmazdır (330.72 manat)

 

Son xəbərlər
Digər xəbərlər