11 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Hansı sahələrdə iş saatları artıb? – Siyahı

2021-ci ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146.1 saat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin ilk 9 ayına olan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1 saat (7.4%) çoxdur. Belə ki, ötən ilin ilk 9 ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 136 saat təşkil edib. Karantin qaydalarının yumşalması buna təsir edən başlıca amillərdən olub.

Hesabat dövründə Azərbaycanda ən çox iş saatlarının artması təhsil, istirahət, əyləncə və incəsənət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, tikinti sahələrində olub. Bu sahələrdə çalışanlar ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 43 saat, 10.1 saat, 4.1 saat, 4 saat çox çalışıblar.

Digər iqtisadi fəaliyyət növlərində də orta aylıq iş saatlarında artım müşahidə olunub. Belə ki, cari yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən  inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində çalışanlar 3.8 saat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində çalışanlar 2.4 saat, emal sənayesi və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar 1.4 saat çox çalışıblar.

Bəzi sahələrdə isə orta aylıq iş saatlarının miqdarında azalma müşahidə olunub. Bu ilin ilk 9 ayında ötən ilin ilk 9 ayı ilə müqayisədə informasiya və rabitə sahəsində çalışanlar 2.9 saat, mədənçıxarma sənayesində çalışanlar 2.6 saat az çalışıblar.

2021-ci ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı

İqtisadi fəaliyyət növləri İş saatlarının miqdarı
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 149.5
Mədənçıxarma sənayesi 141.4
Emal sənayesi 142.5
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 150.3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 152.5
Tikinti 151.7
Ticarət; nəqliyyat vasitələrinin təmiri 149.6
Nəqliyyat və anbar təsərrüfatı 144.9
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 140.6
İnformasiya və rabitə 148
Maliyyə və sığorta fəaliyyəti 149.2
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 143.4
Peşə, elmi və texniki fəaliyyət 143.1
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 152.2
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 151.9
Təhsil 138
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 146.7
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 149
Digər sahələrdə xidmətlərin göstərilməsi 137.7
Son xəbərlər
Oxşar xəbərlər
X