24 C
Baku
Tuesday, October 1, 2024

Hansı tərəf daha çox aldadır?

“Siğorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunda siğortaçının müstəqilliyi adlanan maddə öz əksini tapmışdır. Həmin maddə də göstərilir ki, “Dövlət hakimiyyəti və bələdiyyə orqanları qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və nəzarət funksiyalarını həyata keçirilməsi halları istisna olmaqla, siğortaçının fəaliyyətinə qarışa, onun əmlakına və fondlarına qarışa bilməz.

Görəsən bu müstəqillikdən siğorta şirkətləri düzgün istifadə edə bilirlər?

Belə ki, siğorta şirkətinin nümayəndəsi siğorta ödənişini verməkdən imtina etməyə səbəb ola biləcək halları vətəndaşa izah etməlidir. Bu  siğorta şirkətlərinin “Sigorta fəaliyyəti haqqında” qanununda siğortaçının vəzifələri sırasına daxil edilmişdir. Yəni vətəndaşı siğorta müqavilələrinin şərtləri barəsində məlumatlandırmaq siğortaçının vəzifəsidir.

Ekspert Xəyal Məmmədxanlı qeyd edir ki “Bəzi hallarda  elə gülməli qaydalar və istisnalar müəyyən edilirdi ki, bunların sayəsində müştəri heç bir halda ödəniş ala bilmir”.

Nəzərinizə çatdıraq ki, 2014-cü ilin yanvarında “Siğorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edilmişdi. Əvvəlki qanuna əsasən siğortalı siğorta hadisəsi baş verdiyi halda siğorta şirkətlərini 24 saat ərzində məlumatlandırmalıydı. Sonradan isə bu vaxt uzadıldı. Siğorta şirkətlərini  narahat edən isə siğortalı tərəfindən aldadılma hallarının çoxalmasıdır.

Sual doğur? Vətəndaş siğorta şirkətini yoxsa, siğorta şirkəti vətəndaşı aldadır?

Son xəbərlər
Digər xəbərlər