17 C
Baku
Friday, April 19, 2024

Hansını seçərdiniz?

Belə bir vəziyyəti təsəvvür edin: yağışlı, fırtınalı bir gündə öz avtomobiliniz ilə gedirsiniz və birdən dayanacaqda gözləyən üç şəxs görürsünüz. Bu insanlar:

1. Ayaq üstə güclə dayanan çox yaşlı bir qadın;

2. Nə vaxtsa həyatınızı xilas edən keçmiş dostunuz;

3. Həyatınızın qadını, yaxud kişisi.

Bu mənəvi-etik dilemmadır və əslində şirkətlərdən birində namizədin işə götürülməsi prosesində test qismində soruşulmuşdu.

Əgər avtomobiliniz iki nəfərlikdirsə onlardan hansını öz avtomobilinizə dəvət edərdiniz? Cavabı oxumamışdan öncə düşünün və öz cavabınızı verin.

Siz özünü çox pis hiss edən yaşlı qadını apara bilərsiniz. Axı ilk növbədə onun həyatını xilas etməlisiniz. Yaxud nə vaxtsa həyatınızı xilas etmiş dostunuzu seçirsiniz, çünki o bir dəfə sizi xilas edib və bəlkə bu hərəkətiniz ona minnətdarlıq etmək üçün əla şansdır? Son olaraq onlardan heç birini deyil də, ikinci yarınızı seçərsiniz?

Vəzifə üçün müraciət etmiş 200 namizəddən yalnız biri suala cavab verərkən çətinlik ilə üzləşməmişdir. Onun cavabı belə idi: “Mən öz avtomobilimin açarlarını dostuma verərdim və ondan yaşlı qadını xəstəxanaya çatdırmasını xahiş edərdim. Özüm isə bu vaxtı arzularımın qadını ilə qalardım”.

Son xəbərlər
Digər xəbərlər